Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3008/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ilə xx.xx.1987-ci il tarixdə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 517-2.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Bu əməli ilə o, İXM-nin 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə iləəlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Bu fakt Şəxs öz izahatı ilə təsdiq edilir. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 517-2.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılmasıüçün Bakışəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki,xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Etdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Binəqədi rayon prokurorluğu inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan izahatından da görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmişşəxsi, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati xəta törətdiyi, onun təqsirini etiraf etməsi, səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini vəəmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 517-2.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 517-2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 50 (əlli) manat inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Poçtindeksi AZ1116Bakışəhəri, 7 mkr, A.Kunanbayev küçəsi 4E xx xxxxxxx 2020-ci il. İş3(001)-3008/2020 Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi, polis mayoru X7 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs: Şəxs Ünvan: Yevlax rayonu Aşağı Salamabad kəndi Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(001)- 3008/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti – 01 (bir) vərəqədə Hörmətlə, Hakim Abbas Rzayev İş №3(001)-3008/2020 MƏHKƏMƏİCLASİNİN PROTOKOLU Binəqədi Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il Bakışəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Bakışəhərində, məhkəmə binasında Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 17:10 dəqiqədə açıldı Hakim məhkəmə iclasını açır vəŞəxs Azərbaycan RespublikasıİXM-nin 517-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati protokolu tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasına gəlmişlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Rzayev Abbas Əhəd oğlu Katib: X4 Hakim İXM-nin 74-cü madddəsinəəsasən məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim prosess iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib etmişşəxs: X3- Bakışəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə inspektoru, polis mayoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs: xx.xx.1987-ci il tarixdə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan və yaşayan Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. İnzibati xəta haqqında işüzrə bütün materiallarla tanış olmaq, İzahat vermək, Sübutlar təqdim etmək, Vəsatət və etirazlar vermək, Hüquqi yardımdan istifadə etmək, İşüzrə qəbul edilmiş qərardan şikayət vermək, İnzibati protokolu tərtib etmişşəxs X3 - hüquq və vəzifələrim mənə aydındır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu- hüquq və vəzifələrim mənə aydındır. Hakim inzibati protokolu tərtib etmişşəxsə izahat vermək üçün söz verir. İnzibati protokolu tərtib etmişşəxs: Hörmətli hakim Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşdur. Bu fakt Şəxs öz izahatı ilə təsdiq edilir. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 517-2.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılmasıüçün Bakışəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Sual daxil olmadı. Hakim barəsində inzibati protokol tərtib edilmişşəxsə izahat vermək üçün söz verir. Barəsində inzibati protokol tərtib edilmişşəxs: Hörmətli hakim! xx xxxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət rejiminin tələblərini pozmaqla xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçədə olmuşam. Etdiyim əmələ görə səmimi peşmanlığımı, təqsirimi etiraf etməmi nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Sual: h/i.x.t.ş - Əməlindən peşmansan ? Cavab: Bəli, Hakim inzibati xəta törədən şəxsi, inzibati protokolu tərtib etmişşəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanmasıüçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası 17.20-də bağlı elan olunur. Hakim : Məhkəmə iclas katibi: İş № 3(001)-3008/2020 İCRAVƏRƏQƏSİ xx xxxxxxx 2020-ciil Bakışəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.1987-ci il tarixdə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhər Baş Polis İdarəsinin 4-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 16, 31, 40, 43, 48-51, 112, 114- 117, 128-130, 517-2.1-ci maddələrinəəsasən məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 50 (əlli) manat inzibati qaydada cərimə olunsun. Qərar xx xxxxxxx 2020-ci iltarixdəqanuniqüvvəyəminib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinəəsasən icraçıöz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikasıərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcraçıöz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısı qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Şəxs – xx.xx.1987-ci il tarixdə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan və yaşayan Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Azərbaycan Respublikası Dövlət Büdcəsi. İcra vərəqəsi xx xxxxxxx 2020-ci ildə verilmişdir. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİŞƏHƏRİ BİNƏQƏDİ RAYONMƏHKƏMƏSİ PoçtindeksiAZ1116 Bakışəhəri, 7 mkr, A.Kunanbayev küçəsi 4E Tel.: ***-**-** xx xxxxxxx 2020-ci il 3(001)-3008/2020 Yevlax Rayon İcra və Probasiya Şöbəsinə Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(001)- 3008/2020 saylı qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin işüzrə icra vərəqəsi icra olunmasıüçün Sizə göndərilir. Qərarın icrası barədə Binəqədi Rayon Məhkəməsinə məlumat verməyiniz xahiş olunur. Qoşma: Qərarın surəti, İcra vərəqəsi Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3008/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3008/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver