Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3008/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 18 avqust 1992-ci ildə Ağdam rayonu, Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Ortaqışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Su Meliorasiya idarəsinin yataqxanasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 03 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Su Meliorasiya idarəsinin yataqxanasında polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 6cı PB-nin polis sahə rəisi, polis kapitanı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğurluq hadisəsinin törədilməsində şübhəli bilinən şəxsə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxsdən də üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmaması soruşulduqda sənədləri təqdim etməkdən imtina etmiş və kobud şəkildə danışaraq tabesizlik göstərmişdir. Bundan sonra həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymamış, kobud hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən, həmin şəxsin Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilməsi təmin edilmiş və bölmədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 03 avqust 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana yaxınlaşaraq kirayə verdiyi evdə baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün polis bölməsinə gəlməsini tələb etmişlər. O, polis əməkdaşlarına oğurluqdan xəbəri olmadığını, oğurluq etmədiyini bildirmişdir. Bu səbəbdən polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır və o, Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Evli olmasını, himayəsində azyaşlı övladı olmasını və törətdiyi əməldən səmimi peşmançılığının nəzərə alınıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səndələr: xx.xx.2023-cü tarixli, AZA 019101 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün saat 21:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007887 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 03 avqust 2023-cü il tarixdə Şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Su Meliorasiya idarəsinin yataqxanasında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarına xidmət aparmağa mane olmaqla xırda xuliqanlıq törətmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. “Azemis” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 Elsevər Balastan oğlunun uşağıdır. Məhkəmə Şəxs evli olmasını, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin və o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3008/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3008/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver