Məhkəmə qərarları › İş №3(001)-3009/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3009/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3009/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdam rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “N” saylı hərbi hissədə mülki mühafizəçi işləyən, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yaşayış massivi, fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 03 avqust 2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin inzibati binasında polisin iş rejimin pozaraq qanuni tələbinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin polis sahə inspektoru, polis mayoru X8 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 6cı PB-nin polis sahə inspektoru, polis mayoru X8 bildirdi ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində X2 izahatı alınan zaman PB-nin həyətinə daxil olan və Elsevərin yeznəsi olduğunu bildirən Elgiz adlı şəxs PB-nin həyətində uca səslə hərbiçi olduğunu bildirmiş və DİN-in “102” xidmətinə zəng edərək “sizin başınıza oyun açacam” deyərək polis əməkdaşlarına sözlə hədə-qorxu gəlmişdir. Bundan sonra həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymamış, polis idarəsinin inzibati binasında səs tonunu qaldıraraq PB-nin iş rejiminin müvafiq təlimatlara uyğun təşkil olunmasına 20 dəqiqədən artıq mane olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 03 avqust 2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə qaynı X2 oğurluq hadisəsinin törədilməsində şübhəli olması ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün getmişdir. Polis Bölməsində qaynının əsassız olaraq bölməyə gətirildiyini bildirərək etiraz edən zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Evli olmasını, himayəsində iki azyaşlı övladı olmasını və törətdiyi əməldən səmimi peşmançılığının nəzərə alınıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səndələr: xx.xx.2023-cü tarixli, AZA 019101 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün saat 21:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007887 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 03 avqust 2023-cü il tarixdə Şəxs Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin inzibati binasında yüksək səslə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarına xidmət aparmağa mane olmaqla xırda xuliqanlıq törətmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. “Azemis” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 Elgiz Elman oğlunun uşaqlarıdır. Məhkəmə Şəxs evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin və o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aynurə Sadıqova Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar