Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3010/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də sürücü olaraq çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 04..08.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-263/2014 nömrəli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(004)-8667/2018 nömrəli icra sənədləri üzrə Şəxs zərər çəkmiş şəxs X2 ümumilikdə 11814 (on bir min səkkiz yüz on dörd) AZN məbləğində ödənilməmiş borcu vardır. Sonuncu dəfə 2022-ci il avqust ayında ödəniş etmişdir.Daha əvvəl icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat inzibati cərimə növündə tənbeh edilmişdir. Zərər çəkmiş şəxsin müraciət əsasında Şəxs icra şöbəsinə dəvət edilmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, X2 ümumilikdə 11814 (on bir min səkkiz yüz on dörd) AZN məbləğində ödənilməmiş borcu olduğunu təsdiq etmişdir. Lakin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını bildirmişdir. Belə ki, o, icra şöbəsinə ərizə ilə aliment ödənişinin əmək haqqına yönləndirilməsi ilə bağlı müraciət də etmişdir. Rəsmi olaraq 345 (üç yüz qırx beş) AZN əmək haqqı aldığı elektron sistemdə görünür. Rəsmi əmək haqqı kimi sistemdə 345 manat görünsə də hər səfər başına əlavə pul verilir ki, həmin pul vəsaiti də nağd qaydada onlara ödənilir. Aylıq gəliri nağd ödənişlərlə birlikdə minimum 750 (yeddi yüz əlli) manatdır. 2022-ci ilin dekabr ayından "xxxx" MMC-də çalışmasına baxmayaraq, həmin tarixdən aliment öhdəliyindən hər hansı bir ödəniş etməmişdir. Bundan başqa hazırda da aliment borcundan hər hansı miqdarda ödəniş edə bilmədiyini bildirmişdir. Son olaraq borcunu icra etməməsinin səbəbini aliment ödənişinin ona əmək haqqına yönləndirilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs qərəzli olaraq aliment ödənişini icra etmir. Belə ki, Şəxs ailəsinin də, özünün də imkanı kifayət qədər yaxşıdır. Daha əvvəl bir dəfə də məhkəmədə razılaşmışlar, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəxs bundan sonra da ödəniş etməmişdir. Lakin Hətta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bacısı ona zəng edərək bildirmişdir ki, aylıq 500 AZN ödənişə razılaşacağı halda Şəxs əmək haqqını rəsmi olaraq 740 AZN həddində göstərə biləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs həbs növündə inzibati tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-263/2014 nömrəli icra sənədindən görünür ki, Şəxs hər ay 250 AZN məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-8667/2018 nömrəli icra sənədindən görünür ki, Şəxs tutularaq X2 ödənilməli olan alimenit məbləği bur uşaöa 170 manat, ümumilikdə 340 manat olaraq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-8667/2018 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 263/2014 nömrəli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-8667/2018 nömrəli icra sənədləri üzrə Şəxs zərər çəkmiş şəxs X2 ümumilikdə 11814 (on bir min səkkiz yüz on dörd) AZN məbləğində ödənilməmiş borcu vardır. Bu fakt tərəflərin izahatları ilə öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında aylıq gəlirinin minimum 750 (yeddi yüz əli) AZN miqdarında olduğunu bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməsindən yayınmadığı, əmək haqqına yönləndirilmə edilmədiyindən aliment ödənişi icra etmədiyinə dair verdiyi izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, aliment ödənişinin əmək haqqına yönləndirilməməsi borc məbləğinin ödənilməsindən imtina edilməsi üçün əsas olmamaqla barəbar, icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınmadır. Belə ki, Şəxs aylıq aliment öhdəliyinin olmasından xəbərdardır, aylıq əmək haqqını əldə etdikdən sonra həmin borcdan hissə-hissə də olsa ya birbaşa tələbkara ödəniş edə bilərdi, ya da icra qrumunun depozit hesabına köçürməklə ödənişlərini həyata keçirə bilərdi. Məhkəmə hesab edir ki, Şəxs faktiki gəlirinin minimum 750 AZN olmasına baxmayaraq, həmin gəlirin rəsmi hissəsi elektron sistemdə 345 AZN olaraq qeyd edildiyindən hazırkı halda aliment öhdəliyinin onun rəsmi əmək haqqına yönləndirilməsi zərər çəkmiş şəxsin hüquqlarını pozacaqdır. Belə ki, “İcra haqqında” AR qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs israrla əmək haqqına yönlədirilmə ona görə tələb edir ki, aylıq aliment öhdəliyi 345 AZN rəsmi əmək haqqının 70 faizi miqdarında olsun. Halbuki, sonuncunun aylıq ümumi gəliri 750 AZN həddindədir. Odur ki, o aylıq 750 AZN vəsaitin 70 faizi miqdarında aliment ödənişi icra etmək iqtidarındadır. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, yığılmış aliment borcunu və aylıq aliment ödənişini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğu qənaətinə gəlir. Odur ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Bu səbəbdən də onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3010/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3010/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver