Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3015/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X15 Patrul Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon DYPŞ-nin polis mayoru X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində cərimə olunmuşdur. O, istinad olunan inzibati xətanı törətməmiş, İXM-nin 353.2-ci maddəsinin tələbini pozmamışdır. Lakin, buna baxmayaraq cərimə olunmuşdur. Hətta sözügedən qərarın qəbul edilməsindən xəbərsiz olmuşdur. Barəsində tərtib olunmuş qərar qanunun tələbinə ziddir və əsassızdır. Belə ki, həmin vaxt onun maşınında o qədər yük olmamışdır. Ona tərəzi çeki təqdim olunmadan cərimə yazılmışdır. Ona görə də hesab edir ki, həmin qərar ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X13 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, Teymur Müseyibovun idarə etdiyi nəqliyyat vasitəsində icazə verilən çəkidən artıq yük olmamışdır. Lakin, buna baxmayaraq onun barəsində İXM-in 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X15 Patrul Xidmətinin nümayəndəsi X8 şifahi vəsatətlə müraciə edərək həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 04 sentyabr 2023-cü il tarixli iclasında Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X15 Patrul Xidmətinin nümayəndəsi X8 məhkəməyə 01 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolu və **-EH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yükün çəkisinin ölçülməsini təsdiq edən tərəzi vərəqini məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin çıxarışdan da görünür ki, **-EH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 30 iyun 2023-cü il tarixdə ssaat 20:09-da içərisində olan yükün çəkisi tərəzi ilə ölçülmüş və orada olan yük 42140 kq olmuşdur. Bundan sonra sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin 04 sentyabr 2023-cü il tarixli iclasında təqdim edilmiş sənədlərlə tanış olan şikayətçinin vəkili məhkəməyə təqdim edilmiş sənədləri mübahisələndirmiş, verilən çıxarışın həqiqətən "xxxx" tərəfindən verilib verilməməsi, həmin tərəzinin müvafiq sertifakata malik olub-olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə şifahi vəsatətlə məhkəməyə müraciət etmişdir. X1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 şikfahi vəsatəti təmin edilmiş, məhkəmə iclası 06 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəməni 06 sentyabr 2023-cü il tarixli iclasında Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X15 Patrul Xidmətinin nümayəndəsi X8 məhkəməyə "xxxx" tərəfindən tərtib edilmiş arayışı təqdim edərək bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixli həmin artayışdan göründüyü kimi MAN markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 30 avqust 2023-cü il tarixdə müayinə olunmuş və nəticə olaraq tərəzi vərəqi təqdim edilmişdir. Məhkəmənin 06 sentyabr 2023-cü il tarixli iclasında təqdim edilmiş sənədlərlə tanış olan şikayətçinin vəkili məhkəməyə təqdim edilmiş arayışı mübahisələndirmiş, həmin tərəzinin müvafiq sertifakata malik olub-olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə **-EH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yükün həcmini ölçən tərəzinin müvafiq sertikata malik olub-olmaması barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx"-yə yazılı sorğu verilmiş və məhkəmə iclası təxirə salınmışdır. Məhkəmənin 13 sentyabr 2023-cü il tarixli iclasında Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X15 Patrul Xidmətinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab məktubuna əlavə edilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamənin surətindən də görünür ki, Tunaylar tipli 000811 zavod seriya nömrəli elektron avtomobil tərəzisi 26 sentyabr 2022-ci il tarixdə yoxlamadan keçmişdir, növbəti yoxlama 26 sentyabr 2023-cü il tarixdə olacaqdır. Göstərilənlərin nəzərə alınmasını, verilmiş şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2023-cü il tarixlı iclası barədə X1 müedafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının X1 müedafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirajkı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətanməsinin surətindən görünür ki, ** EH *** dövlət qeydiyyat nişanlı, “Man TFX 18 440” yük markalı yəhərli dartıcı X3 mülkiyyətindədir. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 600 manat məbləğində cərimə olunmuşdur. "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışdan görünür ki, həqiqətən "xxxx" MMM-ə məxsus elektron avtomobil tərəzisində 30 avqust 2023-cü il tarixində 22:09:06 saatda MAN yük avtomobili DQN ** EH *** müayinə olunub və nəticə olaraq tərəzi vərəqi təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli 17 nömrəli sorğuya cavab məktubundan görünür ki, MAN markalı DQN ** EH *** yük avtomobili həqiqətən "xxxx" MMM-nə məxsus Türkiyə istehsalıTunaylar tipli zavod nömrəsi 000811 olan Elektron Avtomobil tərəzisində(ölçmə vasitələrinin yoxlanması haqqında Şəhadətnamənin surəti əlavə olunur) 30 iyun 2023 il tarixində tərəziyə daxil olub 22:09:06 saatda MAN markalı DQ.N ** EH *** yük avtomobilinin sürücünün iştirakı ilə müayinə olunub və çəkisi barədə nəticə olaraq tərəzi vərəqi təqdim olununmuşdur. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** EH *** dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobili idarə edən X5 tərəfindən törədilmişdir. Şikayət ərizəsində X2 ona tərəzi çeki təqdim olunmadan cərimə yazıldığını bildirmişdir. Bununla bağlı məhkəmənin təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMM-ə sorğu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 17 nömrəli sorğuya cavab məktubundan görünür ki, MAN markalı DQN ** EH *** yük avtomobili həqiqətən "xxxx" MMM-nə məxsus Türkiyə istehsalıTunaylar tipli zavod nömrəsi 000811 olan Elektron Avtomobil tərəzisində(ölçmə vasitələrinin yoxlanması haqqında Şəhadətnamənin surəti əlavə olunur) 30 iyun 2023 il tarixində tərəziyə daxil olub 22:09:06 saatda MAN markalı DQ.N ** EH *** yük avtomobilinin sürücünün iştirakı ilə müayinə olunub və çəkisi barədə nəticə olaraq tərəzi vərəqi təqdim olununmuşdur. Cavab məktubuna həmçinin ölçmə vasitələrinin yoxlanılması haqqında 01990/3-2022 nömrəli şəhadətnamə də əlavə edilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3015/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3015/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver