Məhkəmə qərarları › İş №3(001)-3016/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3016/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3016/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023cü il tarixli, 01400/04706/01 saylı qərarı əsasında İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 5 844,16 manat cərimə edilmişdir. Şikayətçi aşağıdakı səbəblərə görə həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X8 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, № 01400/04706/01 nömrəli Qərarı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X10 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 5 844,16 (beş min səkkiz yüz qırx dörd manat on altı qəpik) AZN məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.Qərarda qeyd olunur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X4 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə **********8122 saylı xx.xx.2021-ci il tarixli, **********4798 saylı xx.xx.2021-ciiltarixli, **********3256 saylı xx.xx.2021-ci il tarixli, **********5997 saylı xx.xx.2021-ciil tarixli, **********0351 saylı, xx.xx.2021-ci il tarixli, **********2354 saylı xx.xx.2021-ci il tarixli, **********696 saylı xx.xx.2021-ciil tarixli, **********4481 saylı xx.xx.2021-ci il tarixli, **********6058 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 109 944,75 ABŞ dolları (186 906,08 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir.Faktla bağlı xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X10 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati araşdırma başlanılmışdır.Araşdırma zamanı ixrac olunan yüklərin müqabilində qaytarılmalı olan 109 944,75 ABŞ dolları (186 906,08 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülübköçürülmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə, Baş İdarənin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə xidməti qeyd ilə sorğu verilmiş və sorğuya cavabda **********4798 saylı xx.xx.2021-ci il tarixli, **********3256 saylı xx.xx.2021-ci il tarixli, **********0351 saylı xx.xx.2021-ci il tarixli, **********2354 saylı xx.xx.2021-ci il tarixli, **********4481 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14 610,40 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir.O, tərtib edilmiş protokolla razılaşmır, işin faktiki halları ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən protokol tərtib olunarkən X10 dəvət edilməmişdir. Həmin xx.xx.2023-cü il tarixli № 01400/04706/01 nömrəli Qərarda qeyd edildiyi kimi, barəsində inzibati protokol tərtib edilmiş ixrac əməliyyatı 2021-ci il tarixində həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın (bundan sonra - Qaydalar) 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Qaydaların 15.1 -ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən, Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yuxarıda qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq xx.xx.2021-ci il tarixinədək ixrac edilən mallara görə ödəniş xx.xx.2022-ci il tarixinədək (180 gün) müvəkkil banka ödənilməli idi.Qeyd olunan vəsait həmin tarixədək geri qayıtmadığından 2022-ci il 20 may inzibati xətanın törədildiyi gun hesab edilir.Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi iddia etdiyi kimi inzibati xəta törədilmiş olsa idi belə, bununla bağlı inzibati tənbeh 1 il müddətində, yəni 2022-ci il 20 may tarixinədək verilməli idi. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta ilə bağlı inzibati təhbeh vermə müddəti keçdiyindən, X6 əməlində hər hansı inzibati xəta tərkibi və inzibati xəta hadisəsi olmadığından, eyni zamanda onun əməlində təqsir mövcud olmadığından Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli № 01400/04706/01 nömrəli Qəran qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarın qanunsuz və əsassız olduğundan ləğv olunması və inzibati icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarına əsasən məlum olur ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinə uyğun olaraq, 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğin 40% həddində, yəni 5844,16 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin İXM-nin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmçinin İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarına əsasən məlum olur ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə uyğun olaraq, 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğin 40% həddində, yəni 5844,16 manat məbləğində cərimə cəzası təyin edilmişdir.İş materialları araşdırılarkən məlum olmuşdur ki, şikayətçi İlqar Tağıyev tərəfindən həqiqətən AR İXM-nin 483-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, X10 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində ölkənin müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı olduğu halda qanunun tələblərinə riayət etməmişdir. Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə tutarlı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, İXM-nin 38-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023cü il tarixli, 01400/04706/01 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində tərəflər həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar