Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3019/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Ekologiya postunun yanında “Opel Astra” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobili saxlayaraq mobil telefona cavab vermiş və bu zaman YPX əməkdaşı ona yaxınlaşaraq heç bir əsas olmadan avtomobili orada saxlamamağı bildirmiş, o isə telefon danışığı bitdikdən sonra hərəkətə davam edəcəyini bildirmişdir. Lakin həmin əməkdaş ondan avtomobilini yoxlayacağını tələb etmişdir. Heç bir əsas olmadan nəqliyyat vasitəsinin istismarı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta törətməyi ilə əlaqədar 50 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericiliyin tələblərinin pozulması şəraitində çıxarılmışdır. Avtomobildə heç bir nasazlıq olmamışdır, ona verilən çıxarışda CO2 faizi 1.86 göstərilmiş, halbuki idarə etdiyi avtomobildə bu göstərici 3-dür. Həmçinin çıxarışda tarix xx.xx.2023 kimi qeyd edilmişdir, yəni protokol tərtib edildiyi gündən 5 ay qabaq. Başqa şəxsə aid çıxarışı ona aid işə əlavə etmişlər, halbuki bu saxtakarlıqdır və sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə iclasında inzibati xəta haqqında İXP ******* saylı protokolu tərtib etmiş Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru polis baş serjantı X6 inzibati xəta hadisəsinin törədildiyi günə aid olan onun tərəfindən çəkilmiş video görüntünü məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə OPEL ASTRA minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mənşə ölkəsi və buraxılış ilinə görə zərərli tullantılarının faiz göstəricisi 1,86 olmuşdur ki, bu göstərici mövcud standartlara görə normadan yüksək hesab edilir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə protokol tərtib edilən zaman orada olmuş və OPEL ASTRA minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mənşə ölkəsi və buraxılış ilinə görə zərərli tullantılarının faiz göstəricisi 1,86 olmuşdur. Göstəricini müəyyən edən avadanlıqdan çıxan qəbzdə tarixin xx.xx.2023-cü il qeyd edilməsini həmin qurğunun texniki göstəricilərinin (tarix və saatın) düzgün olmaması ilə əlaqələndirmişdir. Həmçinin o ifadəsində göstərmişdir ki, qurğudan çıxan qəbzdə taxixin yanlış göstərilməsi inzibati xəta pozuntusunun mövcudluğu faktını istisna etmir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilən zaman, OPEL ASTRA minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən buraxılan tullantıların dərəcəsinin xüsusi qurğu vasitəsi ilə ölçüldüyü və göstəricinin 1,86 olduğu müəyyən edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2023-cü il tarixdə saat 13:39 radələrində “Opel Astra” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan, Şəfiqə Əfəndizadə 95 ünvanda hərəkət edərkən mühərriki nasaz olan və belə nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarını pozduğu üçün İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, video görüntü, şahid ifadəsi və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Standartlar kataloqunun AZS ***-**** saylı “Təbiəti mühafizə. Atmosfer. Mühərrikləri benzinlə avtomobillərin işlənmiş qazlarında karbon oksidin, karbohidrogenlərin normaları və ölçmə üsulları. Təhlükəsizlik tələbləri.” haqqında standartından görünür ki, mühərriklərin işlənmiş qazları ilə atılan zəhərli maddə tullantılarına və işlənmiş qazların tüstülüyünə qoyulan normativ tələbatlara əsasən M1 kateqoriyalı minik avtomobillərinin tullantıları üçün Avropa Birliyi normalarına uyğun olaraq Euro-2 normaları zərərli maddələrin xüsusi tullantı miqdarı q/km: a) benzin mühərrikləri üçün CO-2.2, CHx-NOx-0.5; b) dizel mühərrikləri üçün CO-1.0, CHx-NOx-0.7/0.9, PM- 0.08/0.10-dur. Yük avtomobilləri üçün: benzin mühərrikli – N1. İ sinif kütləsi ≤1305 kq olan CO-2.2, CH+NOx-0.5; N2. İİ sinif kütləsi 1305-1760 kq olan CO-4.0, CH+NOx-0.65; N3. İİİ sinif kütləsi >1760 kq və maksimum 3500 kq olan CO-5.0, CH+NOx-0.8; dizel mühərrikləri üçün N1. İ sinif kütləsi ≤1305 kq qədər olan CO-1.0, CH+NOx-0.7/0.9, PM-0.08/0.10; N2. İİ sinif kütləsi 1305-1760 kq olan CO-1.25, CH+NOx-1.0, PM-0.12; N3. İİİ sinif kütləsi >1760 kq və maksimum 3500 kq olan CO-1.5, CH+NOx-1.2/1.6, PM-0.17/0.20-dir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Ekologiya Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3019/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3019/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver