Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3021/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Vətən” mühafizə xidməti Bakı şəhər idarəsində ərazi gözətçisi işləyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(001)-82/2022 nömrəli qərardadı ilə X1 özünün təyin etdiyi yerdə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 19:00-dək uşaqları – 24 aprel 2012-ci il təvəllüdlü X8 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 ilə cavabdeh Şəxs iştirakı olmadan ünsiyyətdə olmasına cavabdeh tərəfindən maneələrin yaradılması qadağan edilməsi qərara alınmışdır. Qeyd edilən qərardadla bağlı icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-830/2023 nömrəli qərardadına əsasən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X4 “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinin “Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin uşaqların mənafeyi, təhsili, və istirahəti nəzərə alınmaqla müəyyən etdiyi günlərdə və saatlarda davamlı psixoloji dəstək göstərilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə həvalə edilmişdir. “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyindən verilmiş məlumata əsasən prosesin başlandığı tarixdən uşaqlarla 8 görüş keçirilmişdir. “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Şəxs uşaqları ilə birlikdə mərkəzə dəvət edilmiş, lakin gəlməkdən imtina etmiş, özünün iş fəaliyyəti və uşaqlarının dərs saatlarının mərkəzə gəlmələrinə imkan vermədiyini bildirmişdir. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət edilmiş izahatı alınmışdır. Şəxs izahat verərkən də iş qrafikinin, uşaqların dərs saatının mərkəz getməsinə maneə olduğunu bildirmişdir. Şəxs inzibati məsuliyyət barədə xəbərdar edilmişdir. Bundan sonra bir neçə dəfə həftənin şənbə və bazar günləri Şəxs icra şöbəsinə gəlməmiş, ünsiyyət üçün uşaqları gətirməmiş, həmçinin “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə aparmaqdan imtina etmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, MTT(001)-82/2022 nömrəli icra sənədinə əsasən X1 özünün təyin etdiyi yerdə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 19:00-dək uşaqları X8 və X2 ünsiyyətdə olmasına maneələrin yaradılması qadağan edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək o, uşaqları “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə aparmışdır. O, uşaqların anları Mələk Quliyeva ilə ünsiyyətinə maneə yaratmamışdır. O, iş rejimi bir gündən bir olduğu üçün bəzi həftələrdə şənbə günü işdə olmuş, həmçinin uşaqlardan biri səhər növbəsi, digəri isə gündüz növbəsində təhsil alır. Bu hallar uşaqların hər həftə “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə aparılmasına mane olmuşdur. Həmçinin uşaqlar anaları tərəfindən şiddətə məruz qaldıqları üçün anaları ilə görüşmək istəməmişlər. O, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(001)- 82/2022 nömrəli icra vərəqəsindən görünür ki, X1 özünün təyin etdiyi yerdə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 19:00-dək uşaqları – 24 aprel 2012-ci il təvəllüdlü X8 və 18 oktyabr 2013-cü il təvəllüdlü X5 ilə cavabdeh Şəxs iştirakı olmadan ünsiyyətdə olmasına cavabdeh tərəfindən maneələrin yaradılması qadağan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-830/2023 nömrəli qərardadından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinin “Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin uşaqların mənafeyi, təhsili, və istirahəti nəzərə alınmaqla müəyyən etdiyi günlərdə və saatlarda davamlı psixoloji dəstək göstərilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(001)- 82/2022 nömrəli icra vərəqəsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(001)-830/2023 nömrəli qərardadı üzrə icra məmurunun qanuni tələblərini yerin yetirməmişdir.Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(001)-82/2022 nömrəli icra sənədi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-830/2023 nömrəli qərardadı üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və uşaqları müəyyən edilmiş günlərdə və vaxtda “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə aparmamasının səbəbi kimi iş vaxtının, uşaqların dərs vaxtının həmin bilrliyə aparmasına imkan vermədiyini göstərmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3021/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3021/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver