Məhkəmə qərarları › İş №3(001)-3022/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3022/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3022/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərhəd oğlunun iştirakı ilə xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Sərhəd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən daxil olmuş inzibati xəta haqqında işə Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən Şəxs Sərhəd oğlu barəsində İXP ******* saylı, 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı, 19.08.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sərhəd oğlu 18.08.2021-ci il tarixdə saat 15:33-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq idarə etdiyi «HYUNDAİ SONATA minik” markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış və bu zaman sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərhəd oğlu təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu və il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 6051 saylı, 18.08.2021-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xususi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən görünür ki, sürücü Şəxs Sərhəd oğlu 18.08.2021-ci il tarixdə sərxoşluq yoxlamasından keçirilmiş və spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Barəsində nzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və inzibati iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Sərhəd oğlu inzibati qaydada cərimə edilməlidir. Belə ki, İXM-nin 333.1-ci madddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs Sərhəd oğlunun il ərzində il dəfə inzibati xəta törətməsini, təqsini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Sərhəd oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsinin, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, yüngülləşdirici halların məcmusunu, habelə ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu, 333.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Sərhəd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar