Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3022/2023 08.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon DYP-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “Mercedes Benz E200 CDİ minik” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassız olduğundan Qərar ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq ərizəsində və məhkəmə iclasında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Masazır qəsəbəsində, Qaçaq Nəbi küçəsində dostuna məxsus nəqliyyat vasitəsini idarə edərkən yol poli inspektoru onları əsassız olaraq saxlamış, özünü təqdim etməmiş, törətdiyini iddia etdiyi inzibati xəta pozuntusunun nədən ibarət olmasını bildirməmişdir. Həmin vaxt həmin yerdə giriş qadağandır işarəsi olmadığını qeyd edərək inzibati xəta pozuntusu törətmədiyini bildirərək .ikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon DYP-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid ___ oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il saat təxminən 23:00-24:00 aralığında X6 və bir nəfər başqa dostu ilə yemək yedikdən sonra içki içdiyi üçün özünə məxsus X10 Prado minik markalı 99EB696 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dostu X5 idarə etməsi üçün vermişdir. Masazır qəsəbəsində əvvəllər heç olmadıqları bir küçəyə daxil olduqda yol patrul xidmətinin əmkdaşı onları saxlayaraq sənədləri tələb etmişdir. Həmin vaxt yol patrul xidmətinin əməkdaşı onlara qadağan olunmuş yerə girdiklərini bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bu zaman X6 və özü buna etiraz edərək həmin yolda heç bir qadağanedici nişan olmadığını, olduğu halda həmin nişanın onlara göstərilməsini təkidlə tələb etmələrinə baxmayaraq yol patrul əməkdaşı məhəl qoymayaraq və inzibati xəta pozuntusunun nədən ibarət olduğunu gööstərməyərək barəsində protokol tərtib etmişdir. Həmin vaxt yol patrul xidməti əməkdaşına nəqliyyat vasitəsində əyləşən hər üç nəfərin heç birinin həmin yolda giriş qadağandır nişanı görmədiyini dəfələrlə bildirərək protokolun yazılmasına etiraz etdiklərini bildirmişdirlər. Həmçinin həmin yola daxil olarkən o yolda onlardan əvvəl başqa nəqliyyat vasitələrinin də irəlidə hərəkət etdiyini gördüklərini elə bu səbəbdən həmin yola daxil olduqlarını bildirmişdirlər. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi iştirak etməsə də mübahisələndirilən inzibati xəta haqqında protokolu tərtib edən yol patrul xidmətinin əməkdaşları məhkəməyə həmin tarixə olan video görüntüləri təqdim etmişdirlər. Məhkəməyə təqdim edilmiş 1 ədəd video çəkilişdən X6 tərəfindən hansı qadağanedici nişanın tələbinin pozulması müəyyən edilməmişdir. Belə ki, həmin çəkilişi aparan yol patrul xidməti əməkdaşı yolda olduğunu iddia etdiyi qadağanedici nişanı çəkməmiş və həmin nişanın harada yerləşməsini göstərən görüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə şikayətçini və iş üzrə şahidi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon DYP-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsində aşağıdakılar qeyd edimişdir: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Azərbaycan Respoublikası İXM-nin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X4 hərəkətlərinin yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olub-olmamasını inzibati orqan tərəfindən inzibati xəta pozuntusunun mövcudluğunu təsdiq edən sübutlar təqdim edilmədən yoxlamaq mümkün deyildir. Dəfələrlə inzibati orqana məlumat verilməsinə baxmayaraq inzibati orqan nə nümayəndəsinin iştirakını, nə də zəruri sübutların məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını sübut etmək məhkəmənin vəzifəsi deyildir. Mövcud vəziyyyətdə məhkəmə hesab edir ki şikayətçinin şikayəti mövcud şübhələr onun xeyrinə şərh edilməklə təmin edilməli, inzibati orqanın qəbul etdiyi qərar ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısımnın alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş video görüntüdə şəxsin inzibati xəta törətməsi müəyyən edillmədiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon DYPnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3022/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3022/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver