Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3025/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 27 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC İD********** nömrəli müraciət əsasında idxal olunan dondurma məhsulları sertifaktı olmadan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında satmışdır. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunan dondurma məhsullarının sertifakatı olmadan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında satılması qeyd edilsə də, sertifikatda qeyd edilən məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğun olmasına dair AQTA tərəfindən verilmiş serifikatları məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC-nin barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə çıxış edərək bildirmişdir ki, 05 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Şəxs MMC-nin rəhbəri vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmiş və 2000 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən hazırda tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 30 avqust 2023-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, nümayəndəsi olduğu Şəxs MMC uzun illərdir ki, dondurma məhsullarının satışı ilə məşğul olur. Həmin məhsullarının yararlı olmasını təsdiq edən sertifikatlar da mövcuddur. Belə ki, həmin sertifikat məhsulun satıcısı tərəfindən verilmişdir. Göstərilənlərə əsasən, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İD********** nömrəli müraciətdən görünür ki, tərkibində kakao olan və ya olmayan dondurma və digər yeyinti buz- dondurma İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçünŞəxs MMC tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********** nömrəli idxal icazə ərizəsi ilə Şəxs MMC tərəfindən idxal olunan dondurma məhdullarına anbarda baxış keçirilmış, baxış zamanı qeyd olunan dondurma məhdullarının tamlığının pozulması və serifikatı olmadan satış üçün istifadə edilməsi aşkar olundu. 05 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X1 vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilmiş və qeyd edilən cərimə məbləği onun tərəfindən 06 sentyabr 2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə 27 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilsə də, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X1 05 sentyabr 2023cü il tarixdə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilmiş və qeyd edilən cərimə məbləği onun tərəfindən 06 sentyabr 2023-cü il tarixdə ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Odur ki, Şəxs MMC təqsirliliyi sübuta yetirilmədiyindən barəsində tərtib olunmuş 27 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 27 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3025/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3025/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver