Məhkəmə qərarları › İş №3(001)-3027/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3027/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3027/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun iclas katibliyi ilə xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04.07.2021-ci il tarixdə X1 evinin daş divarını balta ilə vurub zədələmiş və nəticədə 40,5 manat məbləğində ziyan vurmuşdur. Bu əməli ilə o, İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 08.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130cu və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın bir misli, yəni 40,5 (qırx manat əlli qəpik) manat məbləğində cərimə cəzası təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev AZƏRBAYCAN Surət RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ1116 Bakı şəhəri, 7 mkr, A.Kunanbayev küçəsi 4E 08 sentyabr 2021-ci il. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6- İş 3(001)-3027/2021 cı PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Cövdət Məmmədova Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Ünvan: ünvan 1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 3(001)- 3027/2021 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti – 02 (iki) vərəqədə Hörmətlə, Hakim Abbas Rzayev İş № 3(001)-3027/2021 İCRA VƏRƏQƏSİ 08 sentyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 6-cı polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 31, 40, 43, 48-51, 112, 114-117, 128-130, 552-ci maddələrinə əsasən məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın bir misli 40,5 (qırx manat 50 qəpik) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərar 20 sentyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minib. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icraçı öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcraçı öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısı qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Şəxs (xx.xx.1966, Bakı şəhəri) Ünvan: ünvan 1 Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Azərbaycan Respublikası Dövlət Büdcəsi. İcra vərəqəsi 20 sentyabr 2021-ci ildə verilmişdir. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi Poçt indeksi AZ1116 Bakı şəhəri, X3 7 mkr, A.Kunanbayev küçəsi 4E Tel.: ***-**-** ________ 2021-ci il 3(001)-3027/2021 Hörmətli İlham müəllim, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 3(001)-3027/2021 saylı qərarı 20 sentyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.Həmin iş üzrə icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qərarın icrası barədə Binəqədi Rayon Məhkəməsinə məlumat verməyiniz xahiş olunur. Qoşma: Qərarın surəti, İcra vərəqəsi Hakim Abbas Rzayev İş № 3(001)-3027/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 08 sentyabr 2021-ci ildə Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə Saat 15:10-dəqiqədə Hakim məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakimin icazəsi ilə iclas katib məruzə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Hakim Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hakim inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlərləri araşdıraraq nəzərdən keçirir. Hakim müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir, Qərardan şikayət vermə müddət və qaydasını izahedir. Məhkəmə iclası 15:20-da bağlı elan olunur. Hakim: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar