Məhkəmə qərarları › İş №3(001)-3028/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3028/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3028/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X9 İsrafil oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi zamanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində qurulmuş X8 RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən karantin rejiminin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən əsassız olaraq 100 manat cərimə olnmuşdur. Şikayətçi göstərmişdir ki, o, Elmi-Tədqiqat Travmatolojiya və X4 hissəsində sürücü vəzifəsində çalışır və portaldan ona icazə kağızı verilmişdir. Şikayətçi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq barəsində əsassız tərtib olunmuş Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayətində göstərilənləri nəzərə alaraq barəsində əsassız tərtib olunmuş Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 16-cı Polis Bolməsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərara əsasən məlum olur ki, X7 karatntin rejiminin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən 100 manat cərimə olnmuşdur. İş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.e-gov.az saytında olan X7 barəsində məlumatdan görünür ki, AZE 05897191 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xidməti icazəsi olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qərara əsasən məlum olur ki, X7 karatntin rejiminin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən əsassız olaraq 100 manat cərimə olnmuşdur.İş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.e-gov.az saytında olan X7 barəsində məlumatdan görünür ki, AZE 05897191 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xidməti icazəsi olmuşdur.Sadəcə həmin məlumatlar şikayətçinin köhnə şəxsiyət vəsiqəsinə istinad olunmaqla portala daxil edildiyindən, onun icazəsinin olması barədə məlumatlar Portalda aşkar olunmamışdır.Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və X5 İXM-nin 211-ci maddəsinin tələblərini pozduğunu tutarlı faktlarla subut edə bilməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X10 oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələbinin pozulduğunu müəyyən etmək mümkün deyildir.Buna görə də, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı və X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 16-cı Polis Bolməsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar