Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3029/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı № ******* nömrəli 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs müvafiq icra hakimiyyəti orqanının - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin vəzifəli şəxslərini yoxlama yerinə - ünvan 1 ünvanda yerləşən “Baby House” uşaq baxçasına buraxmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231934333 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisinin xx.xx.2023-cü il tarixli YPK/0430-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən Binəqədi rayonu, C.Xəndan küçəsi C2 ünvanda yerləşən fiziki şəxs Şəxs məxsus “Baby house” uşaq bağçasında 04-06 iyul (3 iş günü) 2023-cü il tarixlərdə plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. 04 və 05 iyul 2023-cü il tarixlərdə yoxlamanın həyata keçirilməsi məqsədilə qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən müəssisəyə buraxılmamışlar. Bundan sonra Binəqədi rayon Polis İdarəsinə məktubla müraciət edilmiş, ərazi üzrə sahə rəisinin iştirakı ilə 06 iyul 2023-cü il tarixdə yoxlamanın həyata keçirilməsi məqsədilə yenidən qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən təkrarən müəssisəyə buraxılmamışlar. Göstərilən səbəbdən “Baby house” uşaq bağçasında yoxlama aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsini əsas götürərək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN №1516757 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alıb, fiziki şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsilə inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş fiziki şəxs Şəxs izahatında bildirmişdir ki, 2008-ci ilən ünvan 2 ünvanda yerləşən “Baby house” uşaq baxçasını işlədir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə gğndərilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə o İXM-in 544.1-ci maddəsi ilə itəqsirli bilinərək 350 mçanat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə, vermiş olduğu şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində vermiş olduğu şikayətə baxılan zaman üzrlü səbəblərdən iştirak etməmişdir. İlk olaraq, verilmiş şikayətin mahiyyəti ilə bağlı bildirmək istəyir ki,onun bağçasından şikayət edən Zərifə Rüstəmova adlı şəxs sırf qərəzli olaraq ondan şikayət etmişdir. Hətta şübhələnir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1 ilə Zərifə Rüstəmova arasında qohumluq münasibətləri var, çünki onlar xarici görkəmlərinə görə də bir-birlərinə çox oxşayırlar. Necə olur ki, eyni şikayət əsasında onun barəsində artıq ikinci dəfədir ki, inzibati xəta haqqında protokol tərtib edilir. Özü də, çıxarışdan görünür ki, 03 iyul tarixində yenidən yoxlama aparılması qərar alınmışdır, hansı ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsində onun tərəfindən verilmiş şikayətə baxılırdı. Göstərilənlərə əsasən, barəsində İXM-in 544.1-ci maddəsi ilə tərtib ediolmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən fiziki şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0430-23 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 2 ünvanda yerləşən “Baby house” uşaq baxçasında insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə, 04-xx.xx.2023cü il tarixlərdə Bölmənin böyük məsləhətçisi X3 və baş məsləhətçi X1 tərəfindən plandankənar yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY231934333 saylı) görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0430-23 saylı Qərar əsasında ünvan 2 ünvanda yerləşən “Baby house” uşaq baxçasında aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin böyük məsləhətçisi X3 və baş məsləhətçi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, YPK/0430-23 nömrəli aktdan görünür ki, fiziki şəxs Şəxs yoxlamaya şərait yaratmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin böyük məsləhətçisi X3 və baş məsləhətçi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, YPK/0430-23 nömrəli aktdan görünür ki, fiziki şəxs Şəxs yoxlamaya şərait yaratmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin böyük məsləhətçisi X3 və baş məsləhətçi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, YPK/0430-23 nömrəli aktdan görünür ki, fiziki şəxs Şəxs yoxlamaya şərait yaratmamışdır. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibat xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs tərəfindən İXM-in 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0430-23 saylı Qərarı əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 2 ünvanda yerləşən “Baby house” uşaq baxçasında insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə 04-xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmış, həmin yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmiş, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra 04 və 05 iyul 2023-cü il tarixlərdə sözügedən baxçada olmuş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşlarına plandankənar yoxlamanın keçirilməsinə fiziki şəxs Şəxs tərəfindən maneçilik törədilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Göründüyü kimi qanunverici insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində belə məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılmasını nəzərdə tutsa da, ünvan 2 ünvanda yerləşən “Baby house” uşaq baxçasını işlədən fiziki şəxs Şəxs yoxlama aparılmasına maneçilik törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 544.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3029/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs İXM-in 544.1-ci maddəsi ilə 350 manat cərimə edilmişdir. Məhkəmə İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, fiziki şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 544.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh olaraq cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3029/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3029/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver