Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3029/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Şixəli Qurbanov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhər DYPİ inspektorları tərəfindən saxlanılmışdır. Heç bir səbəb olmadan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə ona alkotesterə üfürməsi tələb olunmuşdur. Qeyd edir ki, o, nəqliyyat vasitəsinin hər hansı bir qayda pozuntusuna görə saxlanılmalı olduğunu bilir. Polis əməkdaşları ona qayda pozduğunu bildirmişlər. O, hansı qayda pozduğunu soruşduqda isə dönmə işıqlarından istifadə etmədiyini bildirmişlər. Hacıyev Fuad heç bir qayda pozmadığını bildirmişdir. BDYPİ Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən onun barəsində inzibati xəta haqqında protokol İXP ******* (327.1-ci maddəsi ilə xx.xx.2024-cü il) tərtib edilmişdir. Protokolda onun “X10” Azərbaycan Respublikasının Qanununun göstərilən tələblərini pozması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də inspektor razılaşmamış və və protokola aşağıdakı yazını əlavə etmişdir: Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermişdir. Hacıyev Fuad qeyd edir ki, haqqında çıxarılan qərarın hüquqi əsası yoxdur. Belə ki, qeyd edilən İXM-nin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmiş, lakin heç bir sübut ona təqdim olunmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış etmiş, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları ona qayda pozduğunu bildirdikdən sonra, DYP maşınına əyləşdirərək, “Respublika Narkoloji Mərkəzi” PHŞ X2 aparmış, özünü həkim-narkoloq kimi təqdim edən şəxs Ağa Hacıyev tərəfindən ondan texniki vasitəyə üfürməsi tələb olunmuşdur. O, buna qəti etiraz etmiş və yalnız akt tərtib olunacağı halda göstərişini icra edəcəyini bildirmişdir. Rəy tərtib olunaraq onun içkili olmadığı bildirilmiş, o aktın surətini tələb etdikdə isə DYP əməkdaşları aktın surətinin verilməməsini həkimə göstəriş kimi bildirmişlər. Hacıyev Fuad yalnız aktın foto surətini telefonuna çəkə bilmişdir. Bu zaman DYP əməkdaşları və həkim-narkoloq öz səlahiyyətlərini aşaraq, əlbir hərəkət etdiklərinə dair şübhə yaratmışlar. O, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, şikayətçi tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi yol-patrul xidməti əməkdaşları tərəfindən vizual olaraq aşkar edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir.İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol əsas sübut növlərindən biri hesab olunur. Şəxs tərəfindən inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapdığından verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər BPİ-nin X14 İdarəsinə bilavasitə tabe olan YPXA yol-patrul xidməti inspektoru, polis serjantı X9 ifadə verərək bildirmişdir ki, Füzuli küçəsində xidmətdə olarkən sözügedən avtomobilin qanun pozuntusu törətdiyi aşkar etmişdir. Özünü vətəndaşa təqdim etdikdən sonra, sürücüdən sənədlərini təqdim etməsini tələb etmişdir. Yaxınlaşan zaman onun gözlərinin qızarmış halda olması və üzərindən kəskin spirt qoxusu gəlməsi səbəbindən vətəndaşın sərxoş olması barədə polis əməkdaşında şübhə yaranmışdır. Hacıyev Fuaddan xüsusi texniki vasitəyə üfürməsi tələb olunduqda, o bundan imtina etmiş və həkim müayinəsindən keçmək istədiyini bildirmişdir. Həkim müayinəsindən keçdikdən sonra onun sərxoş olmadığı məlum olmuşdur. Daha sonra X6 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinə bilavasitə tabe olan YPXA yol-patrul xidməti inspektoru, polis serjantı X4 digər şahid X5 ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, həkim-narkoloqa olan göstərişlə bağlı yol verdikləri nösqsana görə rəhbərlik tərəfindən xəbərdarlıq olunaraq, barələrində müvafiq tədbir görülmüşdür. İnzibati xəta haqqında protokolu isə inzibati xətanı qanuna müvafiq qaydada aşkar etdikdən sonra tərtib etmişlər. Törədilmiş qayda pozuntusu isə zolaqlar üzrə yerdəyişmə edərkən dönmə xarici işıq siqnallarından istifadə etməməkdən ibarət olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını və şahidlərin ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək, onları şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntünün məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası üç dəfə təxirə salınsa da, sözügedən görüntü məhkəməyə təqdim edilməmişdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X6 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3029/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3029/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver