Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3031/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun aparıcı məsləhətçisi X1, Şəxs MMC (VÖEN **********) ünvan 1. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 inzibati xəta haqqında protokolu onunla əsaslandırmışdır ki, 26 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan da aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC İDO121124238 nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə satmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Şəxs MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmiş, lakin əvvəlki müraciət cavablandırılmadan yenidən müraciət olunduğu üçün belə bir pozuntu aşkar olunmuşdur. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Deyilənlərin nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasızdır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi xx.xx.2022-ci il tarixdə İDO121124238 nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş qida məhsullarına qida təhlükəsizlik sertifikatı verilmişdir. Bunu həm gömrük bəyannaməsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş AZ-20012940/İD-Q-220013 nömrəli, xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatı və digər sənədlər təsdiq edir. Həmin sertifakatda ********** saylı kod qeyd olunsa da, İDO121124238 nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş məhsullardır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sistemində cəmiyyət tərəfindən edilmiş əvvəlki müraciətin qrafası boş qaldığından yeni müraciət olunduğundan belə bir anlaşılmazlıq yaranmışdır. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 08 avqust 2022-ci il tarixli, 23/1/İSN-7876 nömrəli məktubundan görünür ki, Şəxs MMC-nə müraciətləri əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası barədə məlumatların xx.xx.2022-ci il tarixinədək Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 29 avqust 2022-ci il tarixli, 23/1/İSN-8658 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanma haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2021-ci il tarixli 1D********** nömrəli müraciətə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Müraciətin izlənilməsi məqsədi ilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxai olunub-olunmaması ilə bağlı Gömrük orqanlarına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur.Sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün xx.xx.2022-ci il tarixli 23/1/İSN-7876 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə xx.xx.2022-ci il tarixinədək məlumat verilməsi qeyd olunsa da, lakin hal hazırki dövrə qədər Şəxs MMC tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. 26 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC İDO121124238 nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə satmışdır. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş AZ- 20012940/İD-Q-220013 nömrəli, xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatından görünür ki, ********** kodlu Brocsevın, şərbət 150 ml məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21-ci bəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutlmuşdur. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş AZ- 20012940/İD-Q-220013 nömrəli, xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatından görünür ki, Şəxs MMC tərəfindən idxal olunmuş ********* kodlu Brocsevın, şərbət 150 ml məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 26 sentyabr 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs MMC-in əməlində İXM-in 447.0.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İXM-in 447.0.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İXM-in 447.0.4-cü maddəsi üzrə tərtib olunmuş 26 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3031/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3031/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver