Məhkəmə qərarları › İş №3(001)-3032/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3032/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3032/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 491.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-1975/22 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “Mobexim Mobilya və İthalat” şirkətindən 77CS634/99ZD272 nömrə nişanlı yük avtomaşınında “mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar” adlı yük daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********0678 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir.xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda özügedən nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açıldıqdan sonra qeyd edilən mallara ilkin vizual baxış keçirilmiş, sonradan həmin nəqliyyat vasitəsinin yük yerinə yenidən gömrük təminatı vurulmuş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşını təyinatı üzrə sözügedən şirkətin istifadəsində olan ünvan 1 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 77CS634/99ZD272 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan malların bir hissəsi gömrük orqanının icazəsi olmadan boşaldılması müəyyən edilmişdir.Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, xx.xx.2022ci il tarixdə Şəxs MMC barəsində 00100-1975/22 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə kİ, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 00100-1975/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “Mobexim Mobilya və ithalat” şirkətindən 77CS634/99ZD272 nömrə nişanlı yük avtomaşınında “mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar” adlı yük daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********0678 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda özügedən nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açıldıqdan sonra qeyd edilən mallara ilkin vizual baxış keçirilmiş, sonradan həmin nəqliyyat vasitəsinin yük yerinə yenidən gömrük təminatı vurulmuş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşını təyinatı üzrə sözügedən şirkətin istifadəsində olan ünvan 1 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 77CS634/99ZD272 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan malların bir hissəsi gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, 77CS634/99ZD272 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan malların bir hissəsi gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “Mobexim Mobilya və ithalat” şirkətindən 77CS634/99ZD272 nömrə nişanlı yük avtomaşınında “mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar” adlı yük daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********0678 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda özügedən nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açıldıqdan sonra qeyd edilən mallara ilkin vizual baxış keçirilmiş, sonradan həmin nəqliyyat vasitəsinin yük yerinə yenidən gömrük təminatı vurulmuş və mallara daha ətraflı gömrük nəzarətini həyata keçirmək üçün yük avtomaşını təyinatı üzrə sözügedən şirkətin istifadəsində olan ünvan 1 ünvanında yerləşən anbarına göndərilmiş, lakin həmin anbarda 77CS634/99ZD272 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş və qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan malların bir hissəsi gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan 77CS634/99ZD272 nömrə nişanlı yük avtomaşınından boşaldılmışdır.Bununla da MMCnin Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar