Məhkəmə qərarları › İş №3(001)-3036/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3036/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3036/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, 24 aprel 2025-ci il tarixdə “X6” minik markalı 77NF022 dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi yanında olmaqla Bakı şəhəri, Nobel prospekti 14 ünvanı istiqamətində hərəkətdə avtomobili idarə etdiyi zaman idarə etdiyi avtomobili Bakı şəhəri, DYPİ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 atomobilində led işıqlar olmasını bəhanə edərək onu Azərbaycan Respublikasının İXM-in 342.2.2-ci maddəsi ilə inzibati tənbeh etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olmasını və “X6” minik markalı avtomobilin 2016-cı il tarixdən istehsaldan çıxarılmasını və istehsaldan çıxarıldığı üçün yeni model olan led lampaların quraşdırılmasının 342.2.2-ci maddəsi ilə əlaqəsi olmadığını və həmin maddədə nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilməsini bildirsə də ona məhəl qoymayaraq qanunsuz olaraq protokol tərtib etmişdir. Bundan sonra isə avtomobili məcburi şəkildə qeyri-qanuni olaraq cərimə meydançasına aparmışdır. O, YPX əməkdaşına hansı inzibati xətanı törətməyini bildirməyin onun vəzifəsi olduğunu söylədikdə, ona kobud şəkildə bildirmişdir ki, hüquqlarının təmin olunmasına yardım etmək onun vəzifəsi deyil. Halbuki, Yol Patrul Xidməti Haqqında təlimatın 1.4-cü bəndində qeyd edilir ki, yol hərəkəti iştirakçısının hüquqlarının təmin edilməsinə yardım etmək Yol Patrul Xidməti əməkdaşının əsas vəzifəsidir. O, qanunvericilyin tələbinə uyğun olaraq, inspektordan inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı razı olmadığını bildirmişdir. Bu səbəbdən inzibati xəta törətməkdə təqsirli bilinməyi ilə bağlı bort kompyuterdən çıxardığı İXP ******* nömrəli inzibati xəta haqıında iş üzrə protokolu ona təqdim edilərək qərarın onların idarələrində qanuni şəkildə tərtib ediləcəyini bildirilsə də, qanuni deyil qanunsuz olaraq barəsində inzibati xəta törətməyinə dair qərar qəbul edilmişdir. DYPİ Yol patrul xidməti inspektorları polis baş serjantı X4 tərəfindən çıxarılmış protokol və onun əsasında çıxarılmış TP ******* saylı qərar mövcud qanunvericiliyin və İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin İİİ hissəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısını qeyd etmişdir. İİİ. Xarici işıq cihazları: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Qanunun normasından göründüyü kimi istifadəsində olan “X6” minik markalı nəqliyyat vasitəsi istehsaldan artıq bir neçə ildir ki, çıxarılmışdır. Heç kəs törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunanlar və sübut əhmiyyətli sənədlərdən açıq-aşkar görünür ki, barəsində tərtib edilmiş inzibati qərar qanunsuzdur. Beləliklə işin hallarına və qanunun normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X3 həmin tarixdə, saat 01:04-də Bakı şəhəri, Nobel prospekti, 14-də “X6” minik markalı, 77NF022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (normativ tələbləri pozmaqla avadanlığın quraşdırılması) törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. “Vikipediya” internet ensiklopediyasından olan çıxarışdan görünür ki, “X6” minik markalı nəqliyyat vasitəsi 2008-2016-cı illər arasında istehsal olunmuş idman tipli avtomobil modelidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna 1 saylı Əlavənin - Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısının İİİ hissəsində qeyd ounur: Xarici işıq cihazları 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda... Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bu güzəştdir və belə başa düşülür ki, artıq istehsalı dayandırılmış, köhnəlmiş avtomobillərdə əgər orijinal ehtiyat hissəsi tapmaq çətindirsə, digər avtomobil markalarından alınan uyğun xarici işıq cihazları quraşdırıla bilər, amma bu dəyişiklik də ümumi texniki təhlükəsizlik və funksionallıq baxımından qəbuledilən olmalıdır. Yəni, məsələn, köhnə bir “X6” üçün orijinal faranı tapmaq mümkün deyilsə, başqa modelin uyğun ölçülü və təhlükəsizlik tələblərinə cavab verən farasını qoymaq olar. Şikayət verənin izahatında bildirdiyi kimi, onun idarə etdiyi nəqliyyat vasitəsinin istehsalı həqiqətən də 2016-cı ildə dayandırılıb, belə olan halda da həmin markalı avtomobil üçün orijinal xarici işıq cihazlarının əldə olunmasında çətinlik mövcuddur. Lakin bu hal, nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmayan, yol hərəkətinin digər iştirakçılarına təhlükə və ya maneə yaradan işıq cihazlarının quraşdırılmasına hüquqi əsas yarada bilməz. Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyində açıq şəkildə göstərilir ki, nəqliyyat vasitəsinin xarici işıq cihazları tipi, rəngi, miqdarı və yerləşməsi istehsalçı konstruksiyasına uyğun olmalıdır. Yəni, işıq mənbələri projektor effekti yaratmamalı və yüksək intensivliklə və dar bucaq altında işıq şüaları yayaraq qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərində müvəqqəti görmə qabiliyyəti pozuntusuna (göz qamaşmasına) səbəb olmamalıdır. Hazırkı halda, şikayət verənin quraşdırdığı LED tipli işıq cihazı standartlardan kənar işıq yayımı ilə müşayiət olunduğundan, həmçinin digər nəqliyyat vasitələrinin sürücüləri üçün vizual maneələrə səbəb olduğundan, nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmayan dəyişiklik sayılır. Bu səbəbdən, məhkəmənin qənaətinə görə şikayət verən şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh vermə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar