Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3038/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, https://cms.justice.loc/Cases/Default.aspx ?caseId=3380023Şəxs, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, ev 133, mənzil 17, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “HYUNDAİ Elantra” minik markalı 77AN270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2025-ci il, saat 15:05) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, şirkətə bildiriş daxil olduğu gündən 5 gün müddət keçməmiş, dərhal sürücü barədə məlumat səlahiyyətli orqanın mailto:info@dyp.gov.azElektron ünvan 1 elektron poçt ünvanına göndərilmişdir. Bu barədə çıxarış məhkəməyə təqdim edilmişdir. Odur ki, şirkət tərəfindən inzibati xəta törədilməməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi rayon X6 İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, habelə işə baxılmasını təxirə salmaq haqqında vəsatət də daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Binəqədi rayon X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində və ya istifadəsində olan “HYUNDAİ Elantra” minik markalı 77AN270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə, saat 15:05də C.Məmmədquluzadə küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs Şəxsnə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan “HYUNDAİ Elantra” minik markalı 77AN270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Şəxs mailto:info@lokalgroup.azElektron ünvan 2 elektron poçt ünvanından AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Elektron ünvan 1 elektron poçt ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, MMC-nin balansında olan iki ədəd minik avtomobilinin və sürücülərinin sənəndlərinin surəti sonuncuya göndərilərək nəzərə alınması xahiş edilmişdir. Göndərilmiş sənəd PDF formatında olmaqla cəmi 38 vərəqdir. Minik avtomobili üçün yol vərəqəsindən (Forma 3) görünür ki, Şəxsnə məxsus “HYUNDAİ Elantra” minik markalı 77AN270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi xx.xx.2025-xx.xx.2025-ci il tarixləri əhatə edən müddət ərzində X2 həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə təqdim edilmiş sübutlar əsasında aydın olur ki, Şəxsnə məxsus “HYUNDAİ Elantra” minik markalı 77AN270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücücü tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, şirkət tərəfindən xx.xx.2025-ci il tarixində nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat DYP orqanının rəsmi elektron ünvanına təqdim olunmuşdur. Bu isə hüquqi şəxsin öhdəliyini mümkün qədər operativ şəkildə yerinə yetirdiyini göstərir. Göründüyü kimi, şirkət tərəfindən təqdim edilən sənədlər inzibati xətanın subyektiv və obyektiv tərkib hissələrinin olmadığını təsdiq edir. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3038/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3038/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver