Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3044/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X6, X1 iştirakı ilə, xx.xx.1993-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən bir uşağın saxlanması üçün hər ay 170 manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 15 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən bir uşağın saxlanması üçün hər ay 170 manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. İcra sənədi üzrə borclunun 7240 manat aliment borcu qalmışdır. Tələbkar borcun tam ödənilməsini tələb etdiyindən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən bir uşağın saxlanması üçün hər ay 170 manat aliment ondan tutularaq iddiaçı X4 ödənilməlidir. Uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən aliment borcu yığılmışdır. Buna baxmalaraq 2024-cü ildə 800 manat aliment ödəmiş, bu il üçün 50 manat borcu qalmışdır. Növbəti illərdən qalmış aliment borcunun ödənilməsi üçün tələbkarla şifahi razılıq əldə etmişdir. Belə ki, bundan sonra hər ay 500 manat ödəniş edəcəkdir. Həmin məbləğin 170 manatı aylıq alimentə, qalan 330 manatı isə aliment borcuna hesablanacaqdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən bir uşağın saxlanması üçün hər ay 170 manat aliment Şəxs tutularaq ona ödənilməlidir. Borclu işə məhkəmədə baxıldığı dövrdə öhdəsinə götürmüşdür ki, bundan sonra hər ay 500 manat ödəniş edəcəkdir. Həmin məbləğin 170 manatı aylıq alimentə, qalan 330 manatı isə aliment borcuna hesablanacaqdır. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, bir uşağın saxlanması üçün hər ay 170 manat aliment Şəxs tutularaq X4 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbin icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İşdə olan borclu Şəxs ərizəsindən görünür ki, o, hər ay 500 manat ödəniş edəcəkdir. Həmin məbləğin 170 manatının aylıq alimentə, qalan 330 manatı isə aliment borcuna hesablanmasına razıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 15 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3044/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3044/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver