Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3045/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, 09 sentyabr 2022-ci il tarixdə səhər saat 08:30 radələrində özünə məxsus “Hyundai Sonata” markalı, qara rəngli 99SV638 dövlət qeydiyyat nişanlı avtomobillə Baksol deyilən ərazi tərəfdən şəhər istiqamətində hərəkət edərək, Məlikov xəstəxanasının qarşısından keçən İİ dərəcəli yola daxil olmuşdur.Həmin yolun üstündə heç bir məhdudlaşdırıcı, qadağanedici yol nişanı qoyulmayıb.Yolun başlanğıcında sağ tərəfdə yalnız düzünə istiqamətdə hərəkəti icazə verən yol nişanı qoyulmuşdur.O, həmin yolla hərəkət edərək xəstəxananın giriş qapısına 15-20 metrə qalmış avtomaşını yolun soluna verərək saxlamış və xəstəxanaya getmişdir.Təxminən 1 saatdan sonra onun telefonuna SMS gəlmişdir ki, 99SV638 dövlət qeydiyyat nişanlı avtomobilə elektron protokol tərtib olunmuş və 20 manat cərimə yazılmışdır.Sonradan ona məlum olmuşdur ki, elektron protokol İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozduğuna görə, yəni dayanma durma qaydalarını pozduğuna görə tərtib olunmuşdur.Lakin yuxarıda qeyd etdiyi kimi nə yolun üzərində, nə də avtomobili park elədiyi yerdə dayanma-durmanı qadağan edən yol nişanı qoyulmamışdır. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçiyə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə,yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarına əsasən məlum olur ki, X4 dayanma durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11288741 saylı qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3045/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3045/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver