Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3045/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs barəsində Binəqədi rayon X2 Şöbəsi tərəfindən tərtib olunmuş 27 mart 2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri işin məhkəmə baxışına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Binəqədi rayon DYPŞ tərəfindən Şəxs barəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə tərtib edilmiş 27 mart 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, protokol geri qaytarılmalıdır. Belə ki, İXM-nin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda bu xətanın mahiyyəti göstərilməlidir. Tərtib edilmiş protokolda Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi göstərilmişdir. Həmin maddənin dispozisiyasında inzibati xətanın obyektiv cəhətləri kimi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnallarından; operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemlərindən; yazılardan və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan; nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən; yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi göstərilmişdir. Yəni, həmin maddədə nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin törədilməsi inzibati məsuliyyətə səbəb olur. Belə olan halda, inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti, yəni Şəxs inzibati xətanın obyektiv cəhətini təşkil edən məhz hansı hərəkəti etdiyi göstərilməli olduğu halda, protokolda törədilmiş əməlin mahiyyəti göstərilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Binəqədi rayon X2 Şöbəsi tərəfindən tərtib olunmuş 27 mart 2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3045/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3045/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver