Məhkəmə qərarları › İş №3(001)-3046/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3046/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3046/2022 29.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun, Tələbkarlar "xxxx" QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, "xxxx" MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, İİİ qrup əlil olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadurov tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 29 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-2714/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 891 manat əsas borc, 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 2 (001)-6060/2022 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1 934 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin, Binəqədi rayon Məhkəməsinin 2(001)-4581/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3 173 manat məbləğində pul vəsaiti və 36.11 manat dövlət rüsümunun tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5050/2020-003 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1254 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X8 ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən xx.xx.2022-ci il tarixli qərara əsasən 4 icra sənədi üzrə icraat bir icraatda birləşdirilmişdir.Borcluya icra sənədləri üzrə borcun könüllü ödənilməsi barədə bildirişlər göndərilməsinə baxmayaraq borclu icra sənədini icra etməkdən imtina etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs maddi vəziyyətinin ağır olmasını, 3-cü qrup əlil olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyətinin ağır olmasını, 3-cü qrup əlil olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkarlar "xxxx" QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 borclunun maddi imkanı olduğu halda uzun müddət icra sənədlərini icra etmədiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov üzün müddət ərzində borclu icra sənədləri üzrə borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarların çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunu) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, tələbkarın nümayəndələrini, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Beləki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədlərinin üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədlərinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı və Şəxs şəxsiyyətini, təqsirini etiraf etməsi, gələcəkdə icra sənədlərini icra etməyə söz verməsini, İİİ qrup əlil olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını nəzərə alınaraq o, inzibati qaydada minimum həddə cərimə edilməlidir. Həmçinin, müdafiəçinin təqdim etdiyi hesabata əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə iclasında cəmi 06 saat iştirak etmişdir. Müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən 12 aprel 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək onun əmək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. 3(001)-3046/2022 saylı inzibati işi üzrə müdafiəçi X2 məhkəmə baxışı zamanı 6 (altı) saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN- 990003611,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB* *******************,VÖEN**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar