Məhkəmə qərarları › İş №3(001)-3049/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3049/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3049/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X2 Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis leytenantı X3 hərəkətlərinin qanunsuz hesab olunması, “DAF FTXF 105 Yük” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “LANGENDORF SKA 24/29” yarımqoşqusunun cərimə meydançasından azad olunub qaytarılması barədə şikayətinin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X2 Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis leytenantı X3 hərəkətlərinin qanunsuz hesab olunması, “DAF FTXF 105 Yük” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “LANGENDORF SKA 24/29” yarımqoşqusunun cərimə meydançasından azad olunub qaytarılması barədə şikayəti daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətə əlavə edilmiş çıxarışdan görünür ki, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində İXM-in 353.2-ci maddəsi ilə İXP6246015 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o 600 manat cərimə olunmuşdur. Belə olan halda aydın olur ki, X1 yarımqoşqusunun cərimə meydançasına yerləşdirilməsi üçün əsas olmuş səlahiyyətli orqanın qərarını mübahisələndirmədən ondan törəyən hərəkətlərin qanunsuz hesab edilməsini tələb etmişdir. Halbuki, sözügedən şikayətə cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəmə nəzarəti qaydasında baxılmadığı üçün səlahiyyətli orqanın hərəkətinin müstəqil şəkildə qanunsuz hesab edilməsinin qanuni əsası yoxdur. Məhkəmənin qənaətinə görə bu məsələ inzibati xəta haqqında protokolun və həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qaydasında həll edilə bilər ki, şikayət verən A.Q.Qarayev belə şikayət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis leytenantı X3 hərəkətlərinin qanunsuz hesab olunması, “DAF FTXF 105 Yük” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “LANGENDORF SKA 24/29” yarımqoşqusunun cərimə meydançasından azad olunub qaytarılması barədə şikayətinin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalı, ona qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis leytenantı X3 hərəkətlərinin qanunsuz hesab olunması, “DAF FTXF 105 Yük” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “LANGENDORF SKA 24/29” yarımqoşqusunun cərimə meydançasından azad olunub qaytarılması barədə şikayətinin icraata qəbulundan imtina edilsin və şikayət geri qaytarılsın. X4 izah edilsin ki, qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar