Məhkəmə qərarları › İş №3(001)-3050/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3050/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3050/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMCin direktoru X6 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon prokuroru, ədliyyə müşaviri Ramiz Əliyev tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində qəbul edilmiş 10 may 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, hüquqi şəxs Şəxs təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - direktor X18 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Biləsuvar rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş 1 saylı qəsəbə ərazisində internet xətlərinin quraşdırıldığı ərazidə 03 aprel 2024-cü il tarixdə saat 10 radələrindən fəhlə işləyən X12, X19, X25, X4, X26, X7 və X8 həmin vəzifələrinin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə Cəbrayıl RPŞ-in əməkdaşları tərəfindən işçi qrupun əmək müqaviləsiz çalışdırıldıqları aşkar olunduqdan sonra, yəni 03 aprel 2024-cü il tarixdə X5 əmək müqaviləsi bildirişini saat 16:17:18-də, X2 əmək müqaviləsi bildirişini saat 16:09:14-də, X13 əmək müqaviləsi bildirişini saat 16:23:55-də, X14 əmək müqaviləsi bildirişini saat 15:54:39-da, X1 əmək müqaviləsi bildirişini saat 15:49:56-da, X3 əmək müqaviləsi bildirişini saat 15:42:46-da, X9 əmək müqaviləsi bildirişini saat 15:35:57-də elektron informasiya sisteminə daxil edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Əhməd Hüseynov, Mehrac Hüseynov, Murad Səfərov, İmamverdi Hüseynov, İmran Sadıqov, Hüseyn Sədiyev, Səyyad Hüseynovu fəhlə vəzifələrinin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmasının yeri və vaxtı barədə Cəbrayıl rayon prokurorluğuna məlumat verilsə də, prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara Cəbrayıl rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMC-in direktoru X18 izahatında bildirmişdir ki, vətəndaşlar Əhməd Hüseynov, Mehrac Hüseynov, Murad Səfərov, İmamverdi Hüseynov, İmran Sadıqov, Hüseyn Sədiyev, Səyyad Hüseynov əmək müqaviləsi olmadan təxminən 1 saat "xxxx" MMC-in tərkibində Biləsuvar rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş 1 saylı qəsəbə ərazisində internet xətlərinin quraşdırılması işilə məşğul olmuşlar. Həmin şəxslər işə başlamazdan öncə müqavilələrin bağlanması üçün onlardan şəxsiyyət vəsiqələri alınmış və onların hər biri ilə əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxslərin əmək müqavilələrinin bildirişləri Elektron-İnformasiya Sisteminə daxil edilərkən EİS-də problem yarandığından, bildirişlərin Elektron-İnformasiya Sisteminə daxil edilməsində fasilə baş vermişdir. Bununla belə, həmin işçilərin əmək müqaviləsi bildirişləri EİS-nə daxil edilənədək onlara işə başlamalarına heç kim göstəriş verməmiş və onları işlərin görülməsinə heç kim cəlb etməmişdir. Həmin şəxslər "xxxx" MMC rəhbərliyini məlumatlandırmadan öz təşəbbüsləri ilə işə başlamışlar. Belə olan halda "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsilə icraat başlanıla bilməzdi. Çünki işin qeyd edilən halları "xxxx" MMCin əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını təsdiq edir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 izahatından görünür ki, o, Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən inşaat fəhləsi kimi işə başlamışdır. MMC-də işə götürmə səlahiyyəti X10 olmuşdur. Onun vəzifəsi Biləsuvar rayonu ərazisində olan Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş 1 saylı qəsəbədə internet xətlərinin çəkilməsi və həmin xətlərin çəkilməsi üçün quyuların qazılmasından ibarət olmuşdur. O, 03 aprel 2024-cü il tarixdə saat 10 radələrində qeyd olunan fəaliyyəti 7-8 nəfərdən ibarət qrup şəklində görməyə başlamışdır. Şəxs MMC ilə aralarında olan razılığa əsasən bir quyunun 2 manatdan qazılması nəzərdə tutulmuşdur. Həmin vaxt o, işləri görərkən heç bir sənəd imzalamamış və onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Saat 10 radələrindən başlayan iş əsnasında həmin işçi qrupu tərəfindən yol kənarında Biləsuvar rayonu 1 saylı qəsəbədən 2 saylı qəsəbə istiqamətində təxminən 36 quyu qazılmışdır. Saat 12 radələrində Cəbrayıl RPŞ-in əməkdaşları tərəfindən qeyd olunan işçi qrupun Biləsuvar rayonu 1 saylı qəsəbə ərazisində internet xətlərinin çəkilməsi işində Şəxs MMC-in tərkibində əmək müqaviləsiz çalışması aşkar olunmuşdur. Bununla bağlı o və digər işçilər Cəbrayıl RPŞ-yə dəvət olunaraq izahatları alınmışdır. Cəbrayıl RPŞ-in əməkdaşları tərəfindən yerinə yetirdikləri fəaliyyət aşkar olunarkən işçilər əmək müqaviləsiz çalışmışdır. Sonrasında şirkət rəhbərliyi tərəfindən inzibati cərimə olunmanın qarşısını almaq üçün axşam saatlarında işçi qrupla əmək müqavilələri bağlanmışdır. Araşdırma dövründə izahatları alınmış X19, X15, X12, X27, X26, X16, X11 da Hüseyn Sədiyevlə eyni məzmunlu izahatlar verərək, onun izahatında göstərdiyi xüsusatları təsdiq etmişlər. Araşdırma dövründə izahatı alınmış Rasim Dəmirov göstərmişdir ki, Şəxs MMC-in direktorudur, işə götürmə səlahiyyəti onda olmuşdur. 03 aprel 2023-cü il tarixdə Şəxs MMC tərəfindən Əhməd Hüseynov, Mehrac Hüseynov, Murad Səfərov, İmamverdi Hüseynov, İmran Sadıqov, Hüseyn Sədiyev, X21 rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş 1 saylı qəsəbədə saat 10 radələrində 7 nəfərdən ibarət qrup şəklində internet xətlərinin çəkilməsi və həmin xətlərin çəkilməsi üçün quyunun qazılması işlərinə cəlb olunmuşlar. İşçilər əmək müqaviləsi olmadan təxminən 1 saat müddətində “AZPOST SERVİCES» MMC-in tərkibində çalışmış, sonra adları qeyd olunan şəxslərlə müqavilələr imzalanmışdır. Materiala əlavə edilmiş “EPİS”dən edilmiş əmək müqaviləsi məlumatları çıxarışlarından görünür ki, X15, X7, X25, X26, X4, X12, X19 xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də “inşaat fəhləsi, ənənəvi materiallar” vəzifələrində işə qəbul edilmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətindən verilmiş 18 aprel 2024-cü il tarixli, 3-17-5/2/22153/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə X15 16:17:18, X7 16:09:14, X25 16:23:55, X26 15:54:39, X4 “5:49:56, X12 15:42:46, X19 15:35:57 saatlarında "xxxx" MMC-də “fəhlə” vəzifələrində əmək müqavilələri “əmək və məşğulluq” altsisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Əhməd Hüseynov, Mehrac Hüseynov, Murad Səfərov, İmamverdi Hüseynov, İmran Sadıqov, Hüseyn Sədiyev, X17 rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş 1 saylı qəsəbə ərazisində internet xətlərinin quraşdırıldığı ərazidə 03 aprel 2024-cü il tarixdə saat 10 radələrindən başlayaraq fəhlə vəzifələrinin yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar