Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3051/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X34 katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsi tərəfindən qəbul edilmiş EQ 1773707, EQ 1782720, EQ 1370707, EQ 1511467, EQ 1511447, EQ 1504656, EQ 1501385, EQ1370705, EQ1515685, EQ 1488398, EQ 1451335, EQ 1495989, EQ 1488330, EQ 1442247, EQ 1482561, EQ 1495346, EQ 1482333, EQ 1482105, EQ 1482306, EQ 1482053, EQ 1485316, EQ 1417025, EQ 1383909, EQ 1423575, EQ 1423556, EQ 1406064, EQ 1383950, EQ 1383921, EQ 1383914, EQ 1423583, EQ 1426086, EQ 1425989, EQ 1425966, EQ 1442665, EQ 1442450, EQ 1465989, EQ 1465985, EQ 1465969, EQ 1451219, EQ 1442232, EQ 1465889, EQ 1451328, EQ 1451239, EQ 1540744, EQ 1562335, EQ 1561853, EQ 1588473, EQ 1700228, EQ 1601644, EQ 1601617, EQ 1652885, EQ 1707244, EQ 1707231, EQ 1707698, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, “VAZ 21013” markalı ** DG *** dövlət qeydiyyat nömrəli avtomobil X3 mülkiyyətində olmuşdur. Həmin avtomobil onun tərəfindən etibarnamə əsasında X8, xx.xx.2013-cü il tarixdə X20, xx.xx.2013-cü il tarixdə X16, xx.xx.2014-cü il tarixdə X25 tərəfindən yenidən X16, xx.xx.2015-ci il tarixdə X9 verilmişdir. “VAZ 21013” markalı ** DG *** dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisinin X10 olmasına baxmayaraq, qeyd olunan nəqliyyat vasitəsi ilə hər dəfə yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokollar və protokol əsasında qəbul edilmiş qərarlar qanunsuz olaraq onun adına rəsmiləşdirilmişdir. Halbuki, avtomobil başqa şəxsin mülkiyyətində olmaqla yanaşı müxtəlif şəxslərin sahiblik və istifadəsində olmuş və ya kimlərəsə etibarnamə ilə idarə edilmək üçün verilmişsə yol hərəkətinin qaydalarının pozulması zamanı artıq inzibati məsuliyyətə özləri cavab verməlidirlər. Lakin, onun sahiblik və istifadəsində olmayan avtomobilə dair inzibati qayda pozuntusuna dair tərtib edilmiş protokollar və protokol əsasında tərtib edilmiş qərarlar səhvən onun ünvanına göndərilməklə illərlə idarə etmədiyi halda 2019-cu il tarixdən onu inzibati məsuliyyətə cəlb etmişlər. Məhkəmə iclasında şikayətçi X6 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Baş X44 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarlar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışlardan görünür ki, “VAZ 21013” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuş, həmin avtomobilə dair X29 tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər X11, X21 tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər X5, X12 tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər X7, X17 tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər X13, X22 tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər X18,X14 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər X19, X26 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər X4, X6 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər X8, X23 tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər X20, X24 tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər X16, X25 tərəfindən 22 may 2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər X16, X27 tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər X9 bütün səlahiyyətlərin nəzərdə tutuduğu etibarnamə verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21013” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyatdadır. Həmin avtomobili X6 xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək etibarnamə əsasında idarə etmiş, xx.xx.2012-ci il tarixdən isə avtomobil etibarnamə ilə müxtəlif şəxslərin istifadəsində olmuşdur. Avtomobilə dair xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər X4 bütün səlahiyyətlərin nəzərdə tutulduğu etibarnamənin verilməsinə baxmayaraq,avtomobil onun istifadəsində olmamış, buna baxmayaraq tərtib edilmiş bütün inzibati xəta haqqında protokollar onun barəsində tərtib edilmiş, inzibati tənbehvermə haqqında qərarlar X6 barəsində qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində “VAZ 21013” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokollar və həmin protokollar əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarlar ləğv edilməli, “VAZ 21013” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı X2 istifadəsində olub-olmaması məsələsi aydınlaşdırılmalı, göstərilən inzibati xətaların onun tərəfindən törədilib-törədilməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X44 İdarəsi tərəfindən qəbul edilmiş EQ 1773707, EQ 1782720, EQ 1370707, EQ 1511467, EQ 1511447, EQ 1504656, EQ 1501385, EQ1370705, EQ1515685, EQ 1488398, EQ 1451335, EQ 1495989, EQ 1488330, EQ 1442247, EQ 1482561, EQ 1495346, EQ 1482333, EQ 1482105, EQ 1482306, EQ 1482053, EQ 1485316, EQ 1417025, EQ 1383909, EQ 1423575, EQ 1423556, EQ 1406064, EQ 1383950, EQ 1383921, EQ 1383914, EQ 1423583, EQ 1426086, EQ 1425989, EQ 1425966, EQ 1442665, EQ 1442450, EQ 1465989, EQ 1465985, EQ 1465969, EQ 1451219, EQ 1442232, EQ 1465889, EQ 1451328, EQ 1451239, EQ 1540744, EQ 1562335, EQ 1561853, EQ 1588473, EQ 1700228, EQ 1601644, EQ 1601617, EQ 1652885, EQ 1707244, EQ 1707231, EQ 1707698, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3051/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3051/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver