Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3055/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis kapitanı X1, Şikayət vermiş şəxs X5 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 2ZMVER7 FİN-ə malik olan X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X11 polis leytenantı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində İXP seriyalı və ******* nömrəli protokol tərtib edilmişdir. Protokola əsasən iddia olunur ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, X10 küçəsi 451 ünvanında İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinin tələbini pozaraq **-OR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobillə hərəkət etmişdir. Buna görə də, 60 manat məbləğində pulla cərimə tətbiq olunmuşdur. xx.xx.2022-ci il tarixdə qeyd olunan protokolla bağlı qərarın qəbul edildiyi “asanpay.az” saytındaki elektron kabinetdə qeyd olunmuşdur. Lakin qərar rəsmi olaraq ona göndərilməmişdir. Odur ki, sistemdən çıxarışla məhkəməyə müraciət olunmuş, məhkəmə isə qərar olmadığına görə xx.xx.2022ci il tarixli, 3(001 )-2757/2022 nömrəli qərardadla şikayəti geri qaytarmışdır. Bundan sonra qərar rəsmi olaraq xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ DYPŞ-dən əldə edilmişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ Dövlət X11 əməkdaşının tərtib etdiyi protokol əsasında qəbul olunan qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, protokol natamam tərtib olunmuş, heç bir sübut əlavə olunmamış, yerində protokola etiraz edərək prosessual normaların pozulduğunu bildirməyinə, hüquqlarının pozulmağına və bu barədə etiraz edərək protokola öz qeydini etməyinə baxmayaraq qərarda buna münasibət bildirilməmişdir. Bununla belə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş Yolpatrul xidməti haqqında Təlimatın 4.7-ci bəndində bildirilir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Bakı şəhəri Binəqədi RPİ Dövlət X11 əməkdaşı isə qanunvericiliyin tələbini gözləmədən protokol yanlış olaraq tərtib etmişdir. Əsaslı araşdırılma aparılsaydı aydın olardı ki, baş vermiş hadisədə heç inzibati xəta hadisəsi yoxdur. Məhkəmə iclasında X8 şikayət ərizəsini müdafiə edib şikayətdə qeyd olunan xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinin YPX inspektoru tərəfindən saxlanması qaydası, barəsində inzibati protokol tərtib edilən şəxsə hüquqlarının izah olunması qaydası və bu barədə protokola qeyd olunması qaydası pozulmuş, barəsində inzibati protokol tərtib edilən şəxs öz etirazını yazılı qeyd etməsinə baxmayaraq buna münasibət bildirilməmişdir. Əlavə video və foto görüntülər təqdim edilməmişdir. Beləliklə mövcud inzibati xəta haqqında qərar bu tələblər pozularaq qəbul olunmuşdur. Deyilənlərin nəzərə alınaraq, Bakı şəhəri Binəqədi RPİ X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, X8 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. X5 şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, X10 küçəsi 451 ünvanında **-OR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobil dönmə işığını yandırmadığına görə saxlanılmış, həmin vaxt həm də avtomobilin az yaşlı, yəni nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxs tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokol şikayətçinin iştirakı ilə tərtib olunmuşdur. Qeyd olunan avtomobil saxlanılarkən video kameralar işlək vəziyyətdə olmuş, lakin müddət keçdiyindən həmin görüntüləri məhkəməyə təqdim etmək mümkün deyildir. Vətəndaş saxlanılarkən qanunvericiliyin tələblərinə uyğun hüquq və vəzifələr izah olunmuşdur. Göstərilənlərə əsasən X5 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 “Mitsubishi L200” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 329.3 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 “Mitsubishi L200” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 “Mitsubishi L200” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarından görünür ki, X4 “Mitsubishi L200” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 329.3 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə saxlanılmış, barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, X8 barəsində isə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3055/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3055/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver