Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3057/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdir. Belə ki, səlahiyyətli orqanın 90JN068 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat verilməsinə dair sorğusu xx.xx.2023-cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmişdir. Həmin sorğu cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli, 117 saylı məktubla cavablandırılmışdır. Həmin cavab xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsinə poçt xidməti tərəfindən təhvil verilmişdir. Göstərilənlərə əsasən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. SX013682268AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilən sorğu xx.xx.2023-cü il tarixdə şəxsən “Əliyev” olaraq qeyd edilmiş şəxsə verilmişdir. xx.xx.2023-cü il tarixli, 117 nömrəli Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Xətai Rayon X6 İdarəsinin rəisinə ünvanlanan məktubun surətindən görünür ki, 90JN068 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi hüququ sürücü X2 verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş SX007447098AZ nömrəli göndəriş qəbzindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Xətai Rayon X6 İdarəsinə xx.xx.2023-cü il tarixdə məktub göndərilmişdir. SX007447098AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Xətai Rayon X6 İdarəsinə göndərilmiş məktub xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında iş üzrə isə hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xətanın törədilməsi zamanı 90JN068 dövlət qeydiyyat nişanl nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxş barədə məlumatın verilməsinə dair Xətai Rayon Polis İdarəsinin sorğusu xx.xx.2023-cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyətinə çatdırılmışdır. Bu hal səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzi və xəbərnamədən isə müəyyən edilir ki, səlahiyyətli orqanın müvafiq sorğusuna xx.xx.2023cü il tarixdə poçt vasitəsi ilə cavab məktubu göndərilmiş, müvafiq göndəriş xx.xx.2023-cü il tarixdə səlahiyyətli orqana çatdırılmışdır. Odur ki, İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta səlahiyyətli orqanın sorğusuna həmin sorğu daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməməsi nəticəsində törədildiyindən, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən inzibati xətanın törədilməsi zamanı 90JN068 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatların təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixdə cəmiyyətə daxil olmuş sorğuya xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə cavab verildiyindən hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin mövcud olması istisna olunur. Belə ki, hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın sorğusuna həmin sorğu daxil olduğu vaxtdan 1 gün müddətində müvafiq məlumatlar sorğunu göndərmiş səlahiyyətli orqana təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəməŞəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3057/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3057/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver