Məhkəmə qərarları › İş №3(001)-3073/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3073/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3073/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1825/22 nömrəli, 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə 25AC110/25AC320 nömrəli nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə "xxxx" MMC-nin ünvanına Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da "xxxx" MMC-nin barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1825/22 nömrəli, 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 25AC110/25AC320 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6753 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 01100-1829/22 nömrəli, 31 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 25AC320/25AC320 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6788 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-2752/2022 nömrəli qərarından görünür ki, 01100-1829/22 nömrəli, 30 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə "xxxx" MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına 25AC320/25AC320 nömrəli və 25AC110/25AC320 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş yüklər xx.xx.2022-ci il tarixdə, saat 00:02-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Lakin, həmin mallara dair gömrük orqanlarına dair elektron formada qısa idxal bəyənnaməsi verilməmişdir. Eyni inzibati xətaya dair Bakı Baş Gömrük İdarəsi tərəfindən iki ayrı-ayrı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC barəsində inzibati xəta hadisəsi üzrə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixdə saat 00:02-də “Qırmızı körpü” gömrük sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə **-AC- ***/**-AC-*** nömrəli və **-AC-***/**-AC-*** nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklərə dair gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannanəsinin verilməməsinə görə 30 avqust 2022-ci il tarixli 00100-1825/22 və 00100-1829/22 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə 30 avqust 2022-ci il tarixli 00100-1825/** EP ***9901 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, 30 avqust 2022-ci il tarixli 00100-1829/22 nömrəli inzibati xəta haqqında protokol üzrə "xxxx" MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500(min beş yüz) manat məbləğində inzbati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadın ilə 30 avqust 2022-ci il tarixli 00100-1825/22 saylı protokolun tərtib edilməsi zamanı yol verilmiş nöqsanlar aradan qaldırılaraq inzibati xətaya dair 00100-1825/22 saylı 23 sentyabr 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə saat 00:02-də “Qırmızı körpü” gömrük sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə **-AC-***/**-AC-*** nömrəli və **-AC-***/**-AC-*** nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklərə dair gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannanəsinin verilməməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edilmişdir və həmin qərar hazırda qüvvədədir. Belə olan halda Şəxs eyni inzibati xətanın törədilməsinə görə yenidən inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. İXM-in 9-cu maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 53 və 53.0.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən törədilmiş inzibati xəta hadisəsi faktına görə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, "xxxx" MMC barəsində tərtib olunmuş 00100-1825/22 nömrəli, 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən "xxxx" MMC barəsində 00100-1825/22 nömrəli, 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar