Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3079/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X4 və MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində AP № ******* saylı, 09.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin Şəxs MMC-nin direktoru X6 Şəxs MMC barəsində AP № ******* saylı, 09.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolun əsassız olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 Şəxs MMC barəsində AP № ******* saylı, 09.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolun əsassız olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati protokol tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, inzibati protokol tərtib etmiş orqanın nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş AP № ******* saylı, 09.01.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən məlum olur ki,Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir.Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan sorğu barəsində inzibati xəta haqqında işə baxılan hüquqi şəxsə çatdırılmasını təsdiq edən dəlil təqdim olunmamışdır. Hesab edirəm ki, hazırkı məqamda Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3079/2021 saylı, 10.09.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat miqdarında cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2420/2021 saylı, 20.10.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs MMC barəsində olan inzibati xəta haqqında Binəqədi Rayon Məhkəməsinin 3(001)-3079/2021 saylı, 10.09.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilməmiş, poçt göndərişinin verilməsi barədə xəbərnaməyə əsasən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanladığı sorğu 24 dekabr 2020-ci il tarixdə "xxxx" soyadlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir, halbuki MMC-də Əliyev adı əməkdaş çalışmır.Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 09 sentyabr 2020-ci il tarixdə baş vermiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə olan, 22 sentyabr 2020-ci il tarixdə baş vermiş İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə olan və hazırkı iş üzrə 06 oktyabr 2020ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə olan sorğuları və həmin sorğuların alınması barədə hər sorğuya əlavə edilmiş xəbərnamələri təqdim etmişdir, müxtəlif vaxtlı sorğuları kserosurət olmaqla eyni xəbərnamələr kimi təqdim etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli hesab olunması qənaətinə gəlmək mümkün deyildir, buna görə də, həmin MMC təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3079/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3079/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver