Məhkəmə qərarları › İş №3(001)-3083/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3083/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3083/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-cı PB-in sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs təxminən 10-15 gün əvvəl yaşadığı ünvanda narkotik vasitə olan “tramadol” həbi qəbul etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-cı PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-cı PB-in sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədən sonra başında ağrılar yaranmış, buna görə narkotik tərkibli dərmanlardan həkim resepti ilə istifadə etmişdir. Bundan başqa Narkoloji Dispanserdə qeydiyyatdadır. Mütəmadi olaraq xəstəxanaya gedərək metadon suyu içir. Əlavə olaraq həkim narkoloq tərəfindən ona bir sıra psixotrop dərmanlar da yazılmışdır ki, onları qəbul edir. Yoxlama zamanı ondan götürülmüş sidik nümunəsində “Preqabalin” və “Tramadol” kimi maddələrin əlamətlərinin aşkar edilməsinin səbəbi budur. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 may 2024-cü il tarixli 3466 nömrəli “Ambulator Məcburi-Narkoloji Yoxlama” Rəyindən görünür ki, Şəxs Respublika Narkoloji Mərkəzində sidik müayinəsi üsulu ilə tibbi müayinədən keçirilmiş, yoxlama zaman sidiyində MTD (metadon) və PGB (preqalabin) aşkar edilmişdir. Həkim-narkoloq Y.Ə.Bədəlov tərəfindən Şəxs yazılmış reseptdən görünür ki, ona müalicə preparatları olaraq metadon və preqalabin kimi preparatlar yazılmışdır. Göründüyü kimi protokola əsasən Şəxs təxminən 10-15 gün əvvəl yaşadığı ünvanda narkotik vasitə olan “tramadol” həbi qəbul etdiyi göstərilsə də, ondan götürülmüş sidik müayinəsində “tramadol” aşkar olunmamış, o özü də “tramadol” həbi qəbul etdiyini etiraf etməmişdir. Şəxs götürülmüş sidik müayinəsində MTD (metadon) və PGB (preqalabin) aşkar edilmişdir ki, bunlar da ona həkim-narkoloq Y.Ə.Bədəlov tərəfindən yazılmış və müalicə məqsədləri üçün istifadə etdiyi preparatlardır. Başqa sözlə, Şəxs metadon və preqalabindən istifadəsi qanunsuz deyil. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməli törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-cı PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-cı PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar