Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3084/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon X6 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* nömrəli 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təyin edilmiş cəriməni xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq izahatında bildirmişdir ki, “X5” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ildə etibarnamə əsasında Şabran rayon sakini X1. Həmin vaxtdan qeyd olunan avtomobil özü tərəfindən idarə edilmir. Etibarnamənin qüvvədə olduğu müddətdə həmin şəxs nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməmiş, müddət bitdikdən sonra isə yol hərəkəti qaydalarını pozduğuna görə yazılan elektron qərarlar avtomobilin mülkiyyətçisi olduğundan ona gəlmişdir. Bu barədə BDYPİ-in rəhbərliyinə yazılı müraciət etmişdir. xx.xx.2022-ci ildə BDYPİ-in rəis müavini P.Səfərəliyevin imzası ilə ona göndərilmiş məktuba əsasən “X5” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qərar qəbul edilmişdir. Keçən müddət ərzində avtomobilin saxlanması mümkün olmamış, bununla belə yol hərəkəti qaydalarının pozuntusuna görə yazılan cərimələr yenidən avtomobilin mülkiyyətçisi olduğundan ona gəlmişdir. Bildirir ki, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə heç bir qayda pozuntusu törətməmişdir. Belə olan halda isə törətmədiyi qayda pozuntusuna görə cərimənin ondan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtının vaxtında bildirilməsinə baxmayaraq Bakı şəhəri Binəqədi rayon X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin Bakı şəhəri Binəqədi rayon X6 Şöbəsinə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmadığını nəzərə alıb, işə Bakı şəhəri Binəqədi rayon X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs Gəndob-Quba yolu 146.5 km ünvanda “X5” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 60 (altmış) manat cərimə edilmişdir. DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “X5” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən idarə edilmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılmasına görə nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, “X5” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şəxs olsa da, həmin avtomobil 2019-cu ildən onun tərəfindən idarə edilmir, o həmin nəqliyyat vasitəsini başqasına satmışdır. Sözügedən avtomobili idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılmasına görə səlahiyyətli orqana müraciət etmiş, onun müraciəti əsaslı hesab edilərək nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qərar qəbul edilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Şəxs tərəfindən deyil, sözügedən nəqliyyat vasitəsi istifadəsində olan başqa şəxs tərəfindən törədilmişdir. Belə olan halda isə Şəxs törətmədiyi qayda pozuntusuna görə inzibati cərimənin tələb edilməsi, hətta cəriməni ödəmədiyinə görə digər maddə ilə (İXM 529.3) inzibati məsuliyyətə cəlb edilməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş şəxsdən tələb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* nömrəli 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3084/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3084/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver