Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3086/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Füzuli rayonu Alxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Mehdiabad qəsəbəsi Bakıxanov küçəsi nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolu deyilən yerdə Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İsa Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolu deyilən yerdə Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İsa Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən onun barəsində MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 19 may 2024-cü ildə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolu deyilən yerdə yerləşən avtoservisdə təmir etdiyi avtomobili park edərkən Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İsa Əliyev ona yaxınlaşaraq spirtli içki qəbul edib avtomobili idarə etdiyini bildirmişdir. Spirtli içki qəbul etmədiyini demiş və uşağının xəstəliyi ilə əlaqədar olaraq təcili evə getməli olduğunu deyib taksi ilə oradan uzaqlaşmışdır. Bu ərəfədə işlədiyi avtoservisin müdiri inspektora yaxınlaşıb onunla söhbət etmiş, vəziyyəti anlatmışdır. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, inspektor onun barəsində raportla 4-cü PŞ-yə müraciət etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki o, heç bir tabesizlik göstərməmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in baş inspekoru İsa Əliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolu deyilən yerdə Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İsa Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 19 may 2024-cü il tarixli, MN seriyalı № ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 may 2024-cü il tarixli, MN seriyalı № ******* saylı protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi kifayətedici aydınlıqla sübuta yetirilmir. Belə ki, məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 bildirmişdir ki, inzibati xəta haqqında protokolu Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in baş inspekoru İsa Əliyevin raportu əsasında tərtib etmişdir. Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in baş inspekoru İsa Əliyev iki dəfə məhkəməyə dəvət edilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı №1998512 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı MN seriyalı №1998512 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3086/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3086/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver