Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3090/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş İXP ******* saylı qərarın və həmin qərar əsasında barəsində tətbiq edilmiş 600 manat inzibati cərimənin ləğv edilməsini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis baş leytenantı X4 hərəkətlərinin qanunsuz hesab edilməsi və ona məxsus “DAF FTXF 105 Yük” markalı, 77GU904 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Langendorf SKA 24/29” markalı yarımqoşqunun cərimə meydançasından azad edilərək özünə təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 bildirmişdir ki, onun barəsində protokol Binəqədi rayonu ərazisində tərtib edilmişdir. Tərəfindən törədilməsi istinad edilən inzibati xətanın törədildiyi yer Binəqədi rayonu ərazisi olduğundan ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur, lakin hələ həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Məhkəmədən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materialları araşdırıb, şikayət vermiş şəxsin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 barəsində hələ inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Şikayətdə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı qərardan şikayət verildiyi qeyd olunsa da, həmin sənəd inzibati tənbeh vermə haqqında qərar deyil, inzibati xəta haqqında protokoldur. İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət vermək nəzərdə tutulmamışdır. Qanunverici tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. X7 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X3 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. X5 barəsində inzibati tənbeh vermə haqqında qərar edildikdən sonra məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3090/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3090/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver