Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3090/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası X6nin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X7 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət onunla əsaslandırılmışdır ki, AR X6 Bakı Regional Bölməsinin barəsində İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bildirir ki, sözügedən qərardan yalnız X6nin əməkdaşı gəlib hasarın olmaması iradını bildirdikdən sonra məlumatlı olmuşdur. Bundan sonra ona bəlli olmuşdur ki, İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, həmin qərardan şikayət verərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin həmin məhkəmə qeyd olunan məsələnin baxılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişlər. Daha sonra Binəqədi Rayon Məhkəməsinə mülki mühakimə icraatı qaydasında müraciət etmiş, lakin yenə ərizəsinə baxılmamışdır. Sonradan düzgün qaydanı bilmiş və inzibati qaydada şikayət vermişdir. Bildirməlidir ki, onun savadı yoxdur. Ona görə də bu işləri düzgün bilmir. Həmin qərarı nə vaxt əldə etməsini xatırlamır. Təqribən 3-4 ay bundan əvvəl inzibati məhkəməyə şikayət vermişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, poçt vasitəsi ilə ona X2 göndəriş gəlmiş, lakin o, həmin göndərişi açıb oxumamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası X6nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, X7 barəsində İXM-nin 544.2-ci maddəsinə əsasən 4000 manat cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında X7 tərəfindən Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinə məlumat verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Qərarın qüvvəyə minməsi barədə poçt göndərişi xx.xx.2024-cü il tarixdə şəxsə göndərilmiş və poçt qəbzinə əsasən sonuncu həmin qəbzi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: X6 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-44-1/2-2-7034/24 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar X5 göndərilmişdir. X5 göndərilmiş X6 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-44-1/2-1- 9583/24 saylı məktubundan görünür ki, həmin məktubda göstərilmişdir ki, yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında X7 tərəfindən Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinə məlumat verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4133/2025 saylı qərardadından görünür ki, X4 X1rşı qoyulmuş cərimənin ləğv edilməsi iddia tələbi mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(001)-3555/2025 saylı qərarından görünür ki, X4 X1rşı qoyulmuş cərimənin ləğv edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, X7 tərəfindən İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, buna görə barəsində 4000 məbləğində inzibati cərimə cərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddətmüəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Poçt qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 3-44-1/2-1-9583/24 saylı məktub xx.xx.2024-cü il tarixdə X7 tərəfindən qəbul edilmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X7 tərəfindən Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar xx.xx.2024cü il tarixdə qəbul edilmişdir. Həmin qərardan İXM-nin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilərdi. Məhkəmə iclasında isə X7 poçt göndərişini alması, lakin açıb oxumamasını bildirmişdir. Məhkəmə şikayət vermiş şəxsin sözü gedən məzmunda izahatında tənqidi yanaşır və hesab edir ki, sonuncu həmin məzmunda izahat verməklə ötürülmüş prosessual müddətin bərpası barədə qərar qəbul edilməsinə çalışır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatət rədd edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair X4 vəsatəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3090/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3090/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver