Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3093/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X12 Sultan oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 may 2024-cü il tarixdə saat 13 radələrində mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı. avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, E.Rüstəmov küçəsi ilə hərəkət edib, svetoforun yaşıl işığında yol ayrıcına daxil olmuş və əks tərəfdən nəqliyyat vasitələrinin hərəkəti dayandıqda, Binəqədi şossesi ilə hərəkətini davam etdirmişdir. Lakin, yol kənarında dayanıb xidmət aparan DYP əməkdaşı saxla əmri vermiş və svetoforun qadağanedici işığı yanarkən hərəkət etdiyini söyləmişdir. O, inspektora yaşıl işıq yanarkən yolayrıcına daxil olub əks tərəfdən gələn avtomobillərin dayanmasını gördükdən sonra hərəkətini davam etdirdiyini və bu zaman tərəfindən hər hansı qayda pozuntusu olmadığını bildirmişdir. Buna baxmayaraq inspektor tərəfindən onun barəsində İXM-in 327.2-ci maddəsi ilə 3 bal 80 manat cərimə tətbiq edilməsi ilə bağlı İXP ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir. Daha sonra Binəqədi rayon DYPŞ-nin polis leytenantı X4 tərəfindən qeyd edilən inzibati xəta protokolu əsasında 18 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə 3 bal 80 manat cərimə edilmişdir. Hesab edir ki, tərəfindən həmin maddə ilə hər hansı xəta törədilməmişdir. Belə ki, yolun həmin hissəsində hər hansı yol cizgiləri və ya öncədən hərəkət istiqamətini müəyyən edən yol nişanları mövcud deyil, avtomobillər yalnız svetoforun icazə işıqlarına görə istənilən istiqamətdə hərəkət edirlər. X11 Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin lV-cü bəndinə görə svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Belə olan halda inspektorun tərtib etdiyi İXP ******* saylı, 01 may 2024-cü il tarixli inzibati xəta protokol və həmin inzibati protokol əsasında Binəqədi rayon DYPŞ tərəfindən çıxarılmış TP ******* saylı, 18 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. İXM-nin 327.2-ci maddəsi ilə xəta hadisəsi olmadığı halda barəsində qanunsuz 3 bal və 80 manat cərimə tətbiq edilməsi barədə qərar çıxarılmışdır. Ona görə də, hər hansı inzibati xəta törətmədiyindən Binəqədi rayon DYPŞ tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə barəsində qəbul edilmiş 18 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 bildirmişdir ki, qanunvericilik birbaşa göstərir ki, X11 inzibati xətalar yalnız sübutlar, video, foto görüntülər əsasında təqdim edilməlidir və məhkəmə iclasında bunlar araşdırılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş və inzibati vermə haqqında qərar qəbul etmiş DYPŞ məhkəməyə inzibati xəta ilə bağlı sübutlarını təqdim etməlidir ki, məhkəmədə araşdırılsın. Lakin DYPŞ tərəfindən məhkəməyə sübutlar təqdim edilməyib, ona görə də xəta olmamış kimi sayılmalı və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X6 bildirmişdir ki, yol patrul xidməti inspektoru sürücü X5 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında törədilmiş inzibati xəta hadisəsini vizual olaraq aşkar etmiş və inzibati xəta haqqında protokol tərtib etmişdir. Nurlan Maqsudov özü də ərizəsində qeyd etmişdir ki, dönmə əməliyyatını yerinə yetirmişdir. Lakin inzibati xətanın törədildiyi yerdə svetoforun əlavə ox nişanları var, bu nişanlar da düzünə hərəkət nəzərdə tutulub və bu baxımdan həmin maddəyə əsasən cərimə yazılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında “HYUNDAİ SONATA” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi”, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, proses iştirkaçılarının izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs inzibati xəta ilə bağlı sübutların təqdim edilməsini, hər hansı inzibati xəta törətmədiyini bildirmiş, lakin ona inzibati xəta ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X5 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3093/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3093/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver