Məhkəmə qərarları › İş №3(001)-3095/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3095/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3095/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Çeçen-İnquş Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Oğuz rayonu, Böyük Söyüdlü ərazi dairəsi, Böyük Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 534-cü maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 534-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Bakı X1suz olaraq hərbi geyim formasında olduğundan hərbi polis tərəfindən saxlanılmış, daha sonra şəxsin hərbi qulluqçu olmadığı müəyyən edildiyindən sonuncu Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmişdir. Şəxs üzərindən kəsici-deşici alətlər, bir ədəd hərbi şalvar, bir ədəd üst geyim və bir ədəd baş geyim aşkar edilərək götürülmüşdür. Şəxs hərbi forma daşımasının səbəbi soruşulduqda “Öz dövlətimə məxsus hərbi formadır, geyinirəm” məzmununda cavab vermişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs götürülmüş hərbi geyim forması Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində saxlanılmaqdadır. Digər əşyalar özünə geri qaytarılmışdır. Onun istifadə etdiyi hərbi geyim forması “Yaşma” xüsusi təyinatlı dəstənin hərbi geyim forması olmuş, bir ədəd üst geyim, bir ədəd şalvar və bir ədəd qırmızı “bretka”dan ibarət olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hərbi xidmətdə olmamışdır. Hərbi formanı geyinib Oğuz rayonu, Böyük Söyüdlü kəndinə getmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmişdir. Avtovağzal ərazisində hərbi polis əməkdaşları onu hərbi salam vermədiyindən dayandırmışlar. Həmin zaman hərbi polis əməkdaşlarına hərbi qulluqçu olmadığını bildirmişdir. Buna baxmayaraq onu hərbi hissəyə aparmışlar. Hərbi forma geyinməkdə hər hansı bir xüsusi məqsədi olmamışdır. Hərbi xidmətə hansı səbəbdən çağırılmadığını dəqiq bilmir, lakin vətəninin keşiyində durmağa hər zaman hazırdır. Özü Hətta hərbi xidmət keçmək üçün müvafiq qurumlara müraciət etmiş, lakin onu hərbi xidmətə aparmamışlar. Əməlinin hüquqazidd olmasını anlamışdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 17 may 2024-cü il tarixli raportdan görünür ki, 1-ci Hərbi Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində hərbi forma daşıyan şəxs Şəxs saxlanılmışdır. Araşdırma zamanı şəxsin hərbi qulluqçu olmadığı məlum olmuşdur. Dərhal əməkdaşlar tərəfindən 40-cı Polis Bölməsinə təhvil verilmişdir. Üzərində kəsici-deşici alətlər və smartfon tipli telefonunda mənşəyi məlum olunmayan öz şəkilli sənədləri aşkar olunaraq təhvil verilmişdir. AZA 007871 nömrəli, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs üzərində bir ədəd hərbi şalvar, bir ədəd üst geyim və bir ədəd baş geyim aşkar edilərək götürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Bakı X2 zaman hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq daşımışdır. Həmin zaman onun hərbiçi olduğu qənaətinə gələn hərbi polis əməkdaşları tərəfindən saxlanılmış, lakin sonradan Şəxs hərbi qullluqçu olmadığı müəyyən edildiyindən sonuncu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil vermişdir. İXM-nin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs qanunsuz olaraq hərbi geyim formasını daşıması məhkəmə iclasında araşdırılan sübutlarla və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam təsdiqini tapmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Odur ki, Şəxs barəsində İXM-nin 534-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda sadalanan halları nəzərə alıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetirildiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 534-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati xətanın bilavasitə obyekti olmuş hərbi geyim forması müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48,51, 61, 114, 128-131, 534-cü maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs götürülmüş və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində saxlanılan hərbi geyim forması müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar