Məhkəmə qərarları › İş №3(001)-3097/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3097/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3097/2022 04.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Şikayətçi Salam-X5 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şikayətçi X6 oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayətə və toplanmış iş materiallarına Binəqədi rayon Məhkəməsində baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına şikayətçi X6 oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayəti və toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi Salam-X5 etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edəcəkdir.Buna görə də, iş materiallarının geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin nümayəndəsinin çıxışını dinləyib və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin yeri Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Nargilə kafesi, Mərkez ist 2 göstərilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır.Belə ki, toplanmış sübutlardan müəyyən edilmişdir ki, sözügedən material üzrə törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən veriləməlidir. Azərbaycan Respublikasının İXM-nin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını həll etməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi X6 oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayət ərazi aidiyyatı üzrə düzgün verilmədiyindən İXM-nin 110.1-cü maddəsinə əsasən inzibati xəta haqqında şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayətçi X6 oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə şikayət geri qaytarılsın. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar