Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-310/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0592500 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0592500 saylı, xx.xx.2020-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, şəkər xəstəliyindən çəkir və təcili insulin almaqla bağlı aptekə getməyi zərurəti yaranmışdır və gözləri yaxşı görmədiyindən səhvən uşağın mesajını telefonunda 8103-ə göndərmiş və cavab gəldikdən sonra evdən çıxaraq aptekə getmişdir. Onu Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları saxlamışlar, o, sms göndərdiyini bildirmiş və telefona baxış keçirdikdə məlum olmuşdur ki, sms-i səhv göndərmişdir. Gözlərinin zəif gördüyünü, şəkər xəstəsi olduğunu bildirmiş və təcili olaraq aptekə getdiyini bildirmişdir. Lakin nəzərə alınmamış və xx.xx.2020-ci il tarixdə protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixdə onun AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və 200 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, o, şəkər xəstəsidir və mütəmadi olaraq insulindən istifadə edir, həmin gün təcili insulin alınması zərurəti yarandığından onun aptekə getməyi vacib olmuşdur və tələsik çıxarkən gözlərinin zəif olması səbəbi ilə sms-i səhv göndərmişdir. Nazirlər Kabinetinin qərarında sağlamlıqla bağlı hallarda xüsusi icazənin alınmasına ehtiyac yoxdur və göründüyü kimi o, sağlamlığı ilə bağlı olaraq aptekə getmək üçün evi tərk etmişdir. Lakin bu amil nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan həmin gün qərar qəbul edilmişdir. Nə protokol, nə də qərar qanunvericliyin tələbləri çərçivəsində qəbul edilməmişdir, protokol onun iştirakıyla və şahidlər dəvət ediməklə tərtib edilməli və surəti ona təqdim edilməli idi. Bundan başqa o, Qarabağ müharibəsi veteranıdır, iki oğlu halhazırda cəbhə bölgəsində xidmətdədirlər. Bu dövrdə o daima gərgin vəziyyətdə olmuş və xəstəliyi şiddətlənmişdir. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə rəisi, X5 tərəfindən qəbul edilən MN №0592500 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyətinin dayandırılması müəyyən olunmuşdur. Həmin qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir. 2.7.1-ci bəndinə əsasən 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, 4 rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Nərimanov RPİ-nin 16-cı PB-nin MN №0592500 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsinin tətbiq olunduğu vaxt, X1 icazə almadan küçədə olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Nərimanov RPİ-nin 16-cı PB-nin MN №0592500 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Nərimanov RPİ-nin 16-cı PB-nin MN seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-310/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-310/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver