Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3100/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının X1 Bakı şəhər Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində, saat 14:38-də “Millenium” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Həmçinin foto-şəkillər inzibati xəta haqqında protokola əlavə edilmişdir. Beləliklə, səlahiyyətli orqan tərəfindən Şəxs İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan “Millenium” adlı obyektin həmin Şəxsnə aidiyyətinin nədən ibarət olması, hazırda həmin obyektdə hansı fiziki yaxud hüquqi şəxsin fəaliyyət göstərməsi barədə iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi məhkəməyə “Millenium” adlı obyektdə fəaliyyət göstərən şəxs barəsində hər hansı bir sənəd təqdim olunmadığından hazırkı halda inzibati xəta haqqında protokolun hansı səbəbdən Şəxs barəsində tərtib olunduğunu müəyyən etmək mümkün deyildir. Odur ki, Bakı şəhər Reklam İdarəsinin vəzifəli şəxsi inzibati xəta hadisəsi ilə bağlı protokolun tərtib edilməsi tələblərinə, işin aşkar hallarına əhəmiyyət vermədən, işdə olan ziddiyyətli və natamam sənədlərlə əlaqədar prosessual hərəkət etmədən materialı məhkəməyə təqdim etmiş, bu da məhkəmə mərhələsində işin baxılmasında ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin təmin edilməsinə maneə törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli əlavənin icra edilməsi, həmçinin müəyyən olunan inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallara aid sübutlar toplusunun AR X1 Bakı şəhəri Reklam İdarəsində qanunauyğun yoxlanılaraq dəyərləndirilməsi təmin edilməmiş, bunun səbəbli əlaqəsi olaraq inzibati xətalar qanunvericiliyin prinsipləri baxımından hazırki materiala baxılması və həll olunması mümkün deyildir. Bununla bərabər qeyd etmək zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının X1 Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol ziddiyətlərin və natamamlıqların həll edilib aradan qaldırılması üçün Azərbaycan Respublikası X1 Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3100/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3100/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver