Məhkəmə qərarları › İş №3(001)-3102/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3102/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3102/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X25 katibliyi ilə, Salam-X19 EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Salam-X19 Binəqədi Rayon Polis İdarəsi X29 Şöbəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X23 oğlu şikayətini onunla əsaslandırmışdır ki, o, “VAZ-21074” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Onun xəbəri olmadan xx.xx.2020-ci il tarixdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək cərimə edilmişdir. Həmin qərar indiyə kimi ona təqdim edilməmişdir. Baş X29 İdarəsinə sorğu ilə müraciət etdikdən sonra həmin məlumat ona cədvəl şəklində təqdim edilmişdir. Belə ki, ona təqdim edilmiş cədvələ əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməklə təqsirli bilinərək xx.xx.2020-ci il tarixli qərar ilə İXM-in 469.3-cü maddəsinə əsasən cərimə edilmişdir. Qeyd olunan protokol və barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı əsassız, ədalətsiz və qanunsuz hesab edir. Törətmədiyi xətaya görə barəsində tətbiq edilən inzibati tənbeh tədbiri ləğv olunmalıdır. Hesab edir ki, onun barəsində çıxarılan qərar ləğv olunmalı və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətmiş X16 inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, o, Bakı şəhəri 43 saylı Notariat Ofisində xx.xx.2014-cü il tarixdə avtomobili (VAZ-21074 markalı, dövlət qeydiyyat nömrəsi **-UZ-*** ) X12 etibarnamə ilə satmış və ona xx.xx.2014-cü il tarixdə reyestrdə 6225 nömrəsi ilə qeydiyyatdan keçib, informasiya sisteminə daxil edilmiş etibarnamə vermişdir. Həmin tarixdən avtomaşın onda olmayıb və hazırda da avtomaşının harada olmasından xəbəri yoxdur. Şikayətçi Salam-X22 və inzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X29 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə Salam-X19 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X29 Şöbəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, şikayətçi X23 oğlu və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X23 oğlu tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən X5 adına qeydiyyatdadır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X14 “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə hüququnu X3 etibar etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “VAZ 21074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək qısa müddətdə tapılması barədə Bakı şəhəri BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmuş, həmin avtomobilə dair mülkiyyətçi tərəfindən X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2038-ci il tarixə kimi etibarnamə verilmiş, daha sonra X13 tərəfindən xx.xx.2012-ci il tarixdə xx.xx.2038-ci il tarixə qədər X1, X6 tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2038-ci ilə kimi X10, X14 tərəfindən 03 oktyabr 2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X3, X8 tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək X12 etibarnamə verilmişdir. “Vaz 21074” minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin X9 istifadəsində olmamasına baxmayaraq, onun barəsində xx.xx.2020-ci il tarixdə AR İXM-nin 469.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21074” minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Salam-X19 istifadəsində olmamasına baxmayaraq inzibati təbehvermə haqqında qərar, əsassız olaraq onun barəsində qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın nəqliyyat vasitəsinə dair etibarnamə verilmiş sonuncu şəxsin yəni X11 və ya nəqliyyat vasitəsinin mülkiyyətçisinin yəni X4 barəsində tətbiq edilməli olmasına baxmayaraq, Binəqədi RPİ-nin X29 Şöbəsi tərəfindən əsassız olaraq nəqliyyat vasitəsi istifadəsində olmadığı şəxs, yəni X23 oğlu barəsində qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X23 oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Binəqədi Rayon Polis İdarəsi X29 Şöbəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Binəqədi Rayon Polis İdarəsi X29 Şöbəsi tərəfindən EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X23 oğlu barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar