Məhkəmə qərarları › İş №3(001)-3102/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3102/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3102/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 aprel 2025-ci il tarixdə saat 16:59-da mobil nömrəsinə cərimə ilə bağlı “sms” gəlmiş. Bununla bağlı ətraflı məlumat əldə etmək üçün “sms radar” tətbiqinə daxil olmuş və ona məlum olmuşdur ki, 28 aprel 2025-ci il tarixdə saat 10:22-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR Mircəlal küçəsiylə “Hyundai Accent” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda hərəkət etdiyi yol üzərində piyada olmadığı üçün düzünə hərəkət etmişdir. Sistemə əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, həmin nizamlanmayan piyada keçidində, iki yolayrıcında olan səki üzərində 2 nəfər vətəndaş hərəkət etmədən dayanmışdır. Hesab edir ki, İXM-in 330.0.1-ci maddəsi ilə barəsində qanunsuz və əsassız protokol tərtib edilmiş və onun əsasında xx.xx.2025-ci il tarixli elektron qərar çıxarılmışdır. Ona görə də, elektron qərarı əldə edib, qanunsuzluğu aradan qaldırmaq üçün məhkəməyə hazırki şikayətlə müraciət etməli olmuşdur. İXM-nin 330-cu maddəsinin “qeyd” hissəsində göstərilir: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Hesab edir ki, tərəfindən hər hansı inzibati xəta ümumiyyətlə törədilməmişdir (İXM-nin 8.2 və 8.3 maddələri). Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib bildirmişdir ki, də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada keçidində, yolayrıcında dayanmış iki nəfər piyada onun yaxınlaşdığı istiqamətdə hərəkət etmədikləri üçün o, avtomobili dayandırmamış, hərəkət edib uzaqlaşmışdır. O, piyadaların yolu keçmək istədiklərini görsəydi onlara yol verərdi. Onun avtomobillə hərəkəti nəticəsində piyada hərəkət istiqamətini və ya sürətini dəyişməmişdir. Belə olan halda piyadaya yol verilməməsi ilə bağlı barəsində tərtib edilmiş protokolun heç bir əsası yoxdur. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:51-də idarə etdiyi “HYUNDAİ ACCENT minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində nizamlanmayan piyada keçidində piyadaya yol verməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 10-cu bəndinə əsasən . piyada keçidi – yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinin 2-ci bəndinə əsasən piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:51-də idarə etdiyi “HYUNDAİ ACCENT minik” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində nizamlanmayan piyada keçidində yolu keçmək istəyən piyadalara yol verməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. X1 məhkəmədə verdiyi izahatında idarə etdiyi avtomobillə hərəkət edərkən yolayrıcında dayanmış piyadaların yolu keçmək istədiklərini bilməməsi, piyadaların onun hərəkəti nəticəsində hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur qalmaması ilə bağlı qeyd etdiklərinə dair məhkəmə bildirir ki, piyadaların yol kənarında deyil, iki yolayrıcında durmaları, həmçinin Mətənat İbrahimovanın avtomobillə hərəkət etdiyi yol istiqamətində dayanıb, sürücülərin onlara yol verməsini gözləmələri, Mətanət İbrahimova idarə etdiyi avtomobillə keçidi keçdikdən sonra piyadaların hərəkətə başlamaları inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən aydın şəkildə görünür. Bu halda X1 qeyd etdiyi xüsusatı inzibati məsuliyyətdən yayınmaq üçün irəli sürdüyü bəhanə kimi qiymətləndirmək olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27615407 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar