Məhkəmə qərarları › İş №3(001)-3104/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3104/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3104/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şikayət vermiş şəxs Salam-zadə Elçin Akif oğlunun EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Salam-zadə Elçin Akif oğlunun EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, Salam-zadə Elçin Akif oğlu tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Salam-zadə Elçin Akif oğlu barəsində tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, Salam-zadə Elçin Akif oğlunun EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Salam-zadə Elçin Akif oğlunun EQ ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar