Məhkəmə qərarları › İş №3(001)-311/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-311/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-311/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 YNH inspektoru X2, şikayət verən X5 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X5 inzibati tənbeh edilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 Yol-Nəqliyyat Hadisələri İdarəsi üzrə polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və buna əsas olmuş X10 xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli protokolun ləğv edilərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X13 Şöbəsinin YNHİ üzrə polis kapitanı X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Yəni xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı Quba yolu 27-ci km ərazisində MAN TGA41400 8X4BBWW Yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozulduğu iddia edilərək həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş - inzibati xətanın törədilməsində təqsirləndirilmişdir. Buna səbəb kimi yuxarıda qeyd edilən tarixdə onun Bakı Quba yolunun 27-ci km-də qarşısına çıxan maneədən surəti azaldaraq sola manevr edərək arxa solunda hərəkətdə olan DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ hissəsiylə toqquşması nəticəsində zərbənin təsirindən DAF yük markalı, Yarımqoşqusu Krone markalı avtomaşının daşıdığı yükün tamamilə qırılması göstərilmişdir. Beləliklə, həmin yol nəqliyyat hadisəsində onun təqsirli göstərilərək həmin inzibati xətanın faktının təsdiq edilməsi və tərəfindən törədilməsi qənaətinə gəlinməsi olmuşdur. Araşdırma nəticəsində yanlış və birtərəfli qaydada yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və əsassız olaraq barəmdə xx.xx.2021-ci il tarixli AP № ******* nömrəli X10 protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X13 Şöbəsi tərəfindən qəbul olunmuş 18 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarı və 18 dekabr 2021 -ci il tarixdə tərtib edilmiş AP № ******* saylı protokolu qanunsuz hesab edir. Protokolda onun Bakı Quba yolunun 27-ci km-də qarşısına çıxan maneədən surəti azaldaraq sola manevr edərək arxa solundan hərəkətdə olan DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sağ hissəsiylə toqquşması nəticəsində zərbənin təsirindən DAF yük markalı, Yarımqoşqusu Krone markalı avtomaşının daşıdığı yükün tamamilə qırılması göstərilməsi səbəbinin guya tərəfindən Bakı Quba yolunun 27-ci km-də qarşısına çıxan maneədən surətini azaldaraq sola manevr edərək arxa solundan hərəkətdə olan DAF yük markalı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd edilən qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərdə tutduğu üçün inzibati tənbeh verilməsi olunsa da, heç bir yol hərəkəti qaydalarının tələblərini pozmamış və yol hərəkəti qanun pozuntusuna yol verməmişdir. Belə ki, 17 dekabr 2021-ci il təxminən 14:00 radələrində Bakı Quba yolunun 27-ci km-də hərəkətdə olarkən həmin magistral yolun sağ zolağı ilə hərəkətdə olmuş, həmin zaman yolun kənarında piyadalara piyadalara avtomobili əyləmək istəyən minik avtomobilinin dayanması və toquşma təhlükəsi ilə qarşılaşmamaq üçün avtomobilin əyləc pedalına sisteminə basaraq surətini almaq istədikdə arxasından gələn DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı avtomobili qabaq sağ hissəsi ilə onun idarə etdiyi yük avtomobilinin arxa sol hissəsindən onu yüksək surətlə vuraraq qabağa bir neçə metr məsafəyə sürümüş, bu zaman yan güzgülər qatlanmış, avtomobili həmin vəziyyətdə dayandırmağa çalışmış, arxadan onu surətlə vurmuş yük avtomobilinin zərbəsi nəticəsində avtomobilə zərər dəymiş, o cümlədən arxada olan avtobilin yük hissəsində olan şüşələr cırılaraq yararsız hala düşmüşdür. Yol nəqliyyat hadisəsini araşdıran yol polisi əməkdaşları arxadan gələrək onu vuran avtomobilin xeyrinə işi həll etmək üçün araşdırma zamanı izahatını da psixoloji təsir etməklə, yanlış istiqamətləndirməklə alaraq guya onun avtomobili sola çəkərək manevr etməsi nəticəsində hadisənin baş verməsi səbəbi kimi qanunsuz nəticəyə gəlməyə şərait yaratmışdır. Həqiqətdə isə bu yol hərəkəti qaydasının pozulmasına gətirib çıxaran inzibati xətanı törətməmiş və inzibati X6 inzibati xətanın mahiyyəti yanlış göstərilərək inzibati xəta törədilməsi güman edilən hərəkət və hərəkətsizliyə tərəfindən yol verilməmişdir. İnzibati xətanın törədilməsini təkzib edən maddi və prosessual əsaslar barədə: Sumqayıt şəhər X13 Şöbəsinin YNHİ üzrə polis kapitanı X4 inzibati araşdırma zamanı yol-nəqliyyat hadisəsi üzrə avto- texniki ekspertiza təyin edərək hadisənin törədilməsində təqsiri olan sürücünün müəyyən edilməsini aşkara çıxartmaqda maraqlı olmamış yalnız sürücülərin izahatı və özünün tərtib etdiyi yol nəqliyyat hadisəsi sxemi ilə inzibati araşdırmaya yekun vuraraq qərar qəbul etmişdir. Fakt üzrə mübahisə yarandıqda avtotexniki ekspertiza təyin etməli olduğu halda təyin etməmişdir. Hadisə yerinin müayinəsi düzgün aparılmamışdır. Arxadan gələn avtomobilin surəti düzgün müəyyənləşməmiş, yalnız işdə maraqlı sürücünün izahatı əsasında müəyyənləşdirilmişdir. Arxadan gələn avtomobilin ara məsafəsi saxlamadan hərəkət etməsi inzibati araşdırma zamanı müəyyənləşdirilmədən birtərəfli qaydada mənim təqsirli sürücü kimi təqsirli çıxarılmağım vəzifəli şəxsə maraqlı olmuşdur. Hər iki sürücünün sərxoşluq müayinəsi aparılmamış. Hadisə yerində tərtib edilmiş sxem düzgün tərtib edilməmiş. Belə ki, avtomobillərin ara məsafəsi surət hədləri, tormozlama izləri ölçülməmiş, yoxlanılmamış, qeydiyyatı aparılmamışdır. Hadisə şahidləri müəyyənləşməmiş, onların izahatı alınmamış və bu barədə inzibati X6 xüsusi qeydlər yazılmamışdır. X10 protokol tərtib edilərkən bir sıra ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, protokol tərtib edilərkən hüquq və vəzifələrim mənə izah olunmamışdır, şahidlər cəlb edilməmiş, onların izahatıları alınmamış və bu barədə protokola qeydlər edilməmişdir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 100.2,100.1.6-cü maddəsində göstərilən normalar da pozulmuşdur. Göründüyü kimi, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Hesab edir ki, qərarından şikayət verdiyi orqan qərəzli şəkildə araşdırma apararaq ona bəraətverən sübutları düzgün araşdırmaq istəmədiyindən barəsində yuxarıda qeyd edildiyi kimi əsassız olaraq müvafiq protokol tərtib etmiş və onun nəticəsində də qanunsuz qərar qəbul edilmişdir. Sumqayıt şəhər X13 Şöbəsinin YNHİ üzrə polis kapitanı X4 inzibati araşdırma zamanı hər iki sürücü barəsində X10 protokol tərtib etmiş olsa idi, hardasa demək olardı ki, yanılaraq qanunun tələblərini pozmuş, açıq-aşkar yol-nəqliyyat hadisəsini törətmiş olan DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü məsuliyyətdən kənarda qoyması və onun barəsində qanunsuz olaraq protokol tərtib etməsi onun bu işdə maraqlı olmasına dəlalət edir. Beləliklə hesab edir ki, Sumqayıt şəhər X13 Şöbəsinin YNHİ üzrə polis kapitanı X2 adından qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarı və onun qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli AP № ******* saylı X10 protokolu əsassız və qanuna zidd olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət verən X5 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, əlavə olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/3044 nömrəli rəyində hüquqlarını müdafiə etdiyi X5 MAN yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hadisənin qarşısını almağa texniki imkanının olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun olmaması, digər avtomobili, yəni DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Rafiq Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasının göstərildiyini qeyd edib məhkəmədən xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli X10 qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 YNH inspektoru X4 şikayətin əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati X6n görünür ki, 17 dekabr 2021-ci il tarixdə saat 14:00-da MAN yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 Bakı-Quba yolunun 27 km. qarşısına çıxan maneədən sürətini azaldaraq sola manevr edib arxa solundan hərəkətdə olan DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən DAF yük markalı yarımqoşqusu KroneSDP27 markalı 99ZD352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük tamamilə qırılmışdır. xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində X10 iş üzrə icraat aparılmış X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/3044 nömrəli rəyindən görünür ki, MAN yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Rafiq Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X8 barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X10 iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, 17 dekabr 2021-ci il tarixdə saat 14:00-da Bakı-Quba yolunun 27 km-də MAN yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin DAF yük markalı 99XU833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması ilə nəticələnən hadisə üzrə MAN yük markalı, 90JT768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, X5 barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən aparılmış inzibati araşdırma və qəbul edilmiş qərar üzrə təqsiri öz təsdiqini tapmır. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X10 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilsin. X8 barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X10 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar