Məhkəmə qərarları › İş №3(001)-3112/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3112/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3112/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tərtər rayonu Əskipara kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Xətai rayonu, Oktay Əliyev küçəsində nömrəsiz evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 21 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Şəxs icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildirişi aldıqdan sonra mütəmadi olaraq ödənişlər etsə də, həmin ödənişlərin məbləği qətnamə ilə müəyyən edilmiş məbləğdə az olmuşdur. Hal-hazırda onun 7461 manat ödənilməmiş aliment borcu var. Həmin borcun yaranmasının bir səbəbi də alimentin tutulma müddətinin əvvəlinin xx.xx.2022-ci ildən hesablanmasıdır. Tələbkar aliment borcunun tam ödənilməsini tələb etdiyindən borclu Şəxs pulun tam ödənilməsi təklif edilmiş, lakin o, maddi imkanı olmadığı bildirərək, aliment borcunu birdəfəyə ödəyə bilməyəcəyi göstərmişdir. Ona görə də borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment ondan tutularaq X4 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və borcun könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Əvvəllər yük avtomobilində sürücü işləməklə sabit olmayan qazancı olmuşdur. Bildirişi aldıqdan sonra əlinə pul gəldikcə hissə-hissə aliment ödəmişdir. Bundan başqa uşaqlarına ondan istəkləri olduqca maddi yardım etmişdir. İcra sənədi üzrə icraat başlanan zaman artıq onun beş min manatdan çox ödənilməli aliment borcu yaranmışdır. Həmin borcun yaranmasının səbəbi alimentin tutulma müddətinin əvvəlinin xx.xx.2022-ci ildən hesablanmasıdır. Aliment borcunu birdəfəyə ödəmək üçün vəsaiti yoxdur, qazancı isə aliment borcunu tam ödəməyə imkan vermir. Nədə ki, elə bir qiymətli əmlakı yoxdur ki, onu satıb aliment borcunu bağlasın. Buna baxmayaraq ödənişlər etməklə borcu azaltmağa çalışmışdır. Bütün bunlara baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, tələbkar ondan aliment tələb etməmişdir. Hətta icra şöbəsində olan zaman alimentdən imtina etmək istədiyini bildirmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, məhkəmə icrasına gəlib alimentdən imtina edəcəyini desə də, məhkəməyə təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Aşağıda tarixləri və nömrələri göstərilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin icrası üçün ödənişlər etmişdir: xx.xx.2023-cü il tarixli **********0 nömrəli ödəniş qəbzinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 150 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 35 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 100 manat,xx.xx.2023-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 100 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 80 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 70 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 400 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 100 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 60 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 30 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 30 manat,xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 40 manat, xx.xx.2024-cü il tarixli 1634 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli **********4 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 60 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 70 manat. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Belə ki, icra məmuru məhkəmədə təsdiq etmişdir ki, borclu Şəxs 2023-cü ilin sentyabr ayından sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş aliment məbləğində olmasa da, ödənişlər etmişdir. Onun 7461 manat aliment borcu isə alimentin tutulma müddətinin əvvəlinin xx.xx.2022-ci ildən hesablanmasına görədir. Məhkəmə qeyd edir ki, 7461 manat aliment borcu birdən-birə həmin miqdarda yaranmamışdır. Borclu Şəxs icraata başlamaq haqqında qərarı və bildirişi aldıqdan sonra, yəni 2023-cü ilin sentyabr ayından alimen ödədiyi nəzərə alındıqda, həmin vaxta kimi yaranmış borca görə 2024-cü ildə inzibati xəta haqqında protokol tərtib edilməsi əsaslı hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər (4 ay) uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Borclu Şəxs 7461 manat aliment borcu olduğu 2023-cü ilin sentyabr ayında icra orqanına məlum idi, lakin həmin orqan aşkar inzibati xəta hadisəsi olduğu halda vaxtında heç bir təsir tədbiri görməmiş, əksinə 2023-cü ilin sentyabr ayında verilmiş sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş alimenti ödəmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar