Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3134/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “Şəxs QSC-nin İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs QSC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır.Bununla da “Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, Şəxs QSC barəsində xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 bildirmişdir ki, o, həmin Cəmiyyətə sonradan mühasib düzəlmişdir və protokol tərtib edilən tarixə auditin keçirilməsindən məlumatları olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən protokolu tərtib edən idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə QSC-nin nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs QSC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditindən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs QSC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditindən yayınmışdır.Bununla da MMCnin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3134/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3134/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver