Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3140/2021 24.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi, X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, həmin qərara əsasən Nacı Ozhun ölkə hüdudlarından kənara çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası İXM-nin 29.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən yuxarıda qeyd edilən qərar qəbul edilərkən, Nacı Ozhun faktiki olaraq Azərbaycan Respublikası vətəndaşı X10 ilə nikahda olmuşdur. Belə olan halda şəxsin barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarıla bilməz. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclas zalında verdiyi izahatında şikayət ərizəsində qeyd etdiklərini təkrar edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Nacı Ozhun ölkə ərazisində qeydiyyatsız yaşadığından qanuni əsaslarla ona inzibati protokol tərtib olunmuşdur və buna görə də, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 yüz manat məbləğində cərimə təyin edilməklə 60 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, 5 il müddətinə Azərbaycan Respublikası ərazisinə gəlmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd inzibati-ərazi dairəsi üzrə Nümayəndəliyin 178 saylı, 30.05.2019-cu il tarixli arayışına əsasən məlum olur ki, X13 ilə X1 qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərara əsasən Nacı Ozhun ölkə hüdudlarından kənara çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası İXM-nin 29.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.Şikayətçinin vəkili inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.10.2018-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3140/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3140/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver