Məhkəmə qərarları › İş №3(001)-3149/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3149/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3149/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-2039/22 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 00100- 2039/22 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilən, xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodu dəyişdiyi üçün gömrük orqanına təhrif edilmiş məlumat verilmişdir. Ona görə də Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə "ipək yolu" terminalında BBGİ- nin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə ünvan 1 ünvanında qeydiyyatda olan "X3" MMCnin (VÖEN**********) ünvanına idxal olunan yüklərin düzgün bəyan olunmaması barədə daxil olmuş məlumata əsasən MMC-nin ünvana Türkiyə Respublikasından 53ABF455/53ACD599 nömrə nişanlı avtomaşın ilə daxil olmuş yüklərə baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və hüquqi şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********6067 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində XİFMN kodu ********** və OAT**********123 nömrəli, 11,08.2022-ci il tarixli invoysun 3-cü mal mövqeyində "Pambıq ipliyindən geyim hazırlanması üçün boyanmış trikotaj parçalar "70% PAMUK- 30% POLYSTER" Miqdarı: 10252.8 kq, 477 qutu, həmin bəyannamənin 2-ci mal mövqeyində XİFMN kodu ********** və həmin invoysun 2-ci mal mövqeyində “Süni saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar "%65 viscose %35 polyster" Miqdarı: 751.6 kq, 34 qutu, həmin bəyannamənin 3-ci mal mövqeyində XİFMN kodu ********** və həmin invoysun 1-ci mal mövqeyində “Sintetik saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar "100% polyster" Miqdarı: 3276.4 kq, 101 qutu yükünün çəkisi və yer sayının düzgün olduğu, lakin bəyan olunan malların XİFMN kodunun düzgün bəyan olunmadığına dair əsaslı şübhələr olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, OAT**********123 nömrəli, 11,08.2022-ci il tarixli invoysun bütün mal mövqeləri üzrə nümunələr götürülərək, 1400- 013-0xx-xx/005557 nömrəli, xx.xx.2022-ci il tarixli və 1400-013-0xx-xx/005627 nömrəli, xx.xx.2022-ci il tarixli məktublar ilə X1 idarəsinə müraciət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, 9/6338 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri Binə ticarət mərkəzinin parça satışı mağazalarından əldə edilmiş məlumatlara əsasən anoloji malların qiymətləri və s. amillər (yəni həmin materialların respublika ərazisində fəaliyyət göstərən tikiş sexlər tərəfindən istifadə edilməsi)nəzərə alınmaqla təqdim edilmiş parçaların xx.xx.2022-ci il tarixə orta bazar topdansatış qiyməti təxminən 138413,16 manat müəyyən edilir. Həmin parçaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, 9/6810 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri Binə ticarət mərkəzinin parça satışı mağazalarından əldə edilmiş məlumatlara əsasən anoloji malların qiymətləri və s. amillər (yəni həmin materialların respublika ərazisində fəaliyyət göstərən tikiş sexlər tərəfindən istifadə edilməsi) nəzərə alınmaqla təqdim edilmiş parçaların xx.xx.2022-ci il tarixə orta bazar topdansatış qiyməti təxminən 138413,16 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/6338 №-li rəyin nəticəsi ilə təsdiqlənir. Həmin parçaların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/019733 nömrəli xx.xx.2022ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, xx.xx.2022-ci il tarixdə “İpək yolu” terminalında BBGİ- nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına idxal olunan yüklərin düzgün bəyan olunmaması barədə daxil olmuş məlumata əsasən MMC-nin ünvanına Türkiyə Respublikasından 53ABF455/53ACD599 nömrə nişanlı avtomaşın ilə daxil olmuş yüklərə baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və hüquqi şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********6067 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində XİF MN kodu ********** və OAT202200000Q123 nömrəli. xx.xx.2022-ci il tarixli invoysun 3-cü mal mövqeyində “Pambıq ipliyindən geyim hazırlanması üçün boyanmış trikotaj parçalar “70% PAMUK-30% POLYESTER" Miqdarı: 10252.8 kq, 477 qutu”, həmin bəyannamənin 2-ci mal mövqeyində XİF MN kodu ********** və həmin invoysun 2-ci mal mövqeyində “Süni saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar “%65 viscose %35 polyester” Miqdarı: 751.6 kq, 34 qutu, həmin bəyannamənin 3-cü mal mövqeyində XİF MN kodu ********** və həmin invoysun 1-ci mal mövqeyində “Sintetik saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar “100% polyester” Miqdarı: 3276.4 kq, 101 qutu yükünün çəkisi və yer sayının düzgün olduğu, lakin bəyan olunan malların XİF MN kodunun düzgün bəyan olunmadığına dair əsaslı şübhələr olduğu müəyyən edilmişdir. Həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/0xx-xx/005772 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/6338 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş ”100% Poly-Fabric” adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı ikisaplı iplikdən və təksaplı kompleks saplardan hazırlanmış, üzəri xovlanmıs, kətan toxunuşlu tekstil material ilə təkrarlanmış kətan toxunuşlu, müxtəlif rəngli boyanmış parça” yükünün 1 kq-nın qiyməti 9 manat olmaqla 3276.4 kq-nın qiyməti 29487.60 manat. “65% Vis., 35% Poly-fabric” adlı viskoz və polietilentereftalat (CAS 25038-59-9) tərkibli müxtəlif rəngli liflərin qarışığından lazırlanmış, maşınla toxunmuş, trikotaj parçalar” yükünün 1 kq-nın qiyməti 9.90 manat olmaqla 751.6 kq-nın qiyməti 7440.84 manat. “”70% COT.. 30% Polyfabric” adlı pambıq və oolietilentereftalat (CAS 25038-59-9) tərkibli acıq qəhvəyi rəngli liflərin qarışığından hazırlanmış, naşınla toxunmuş, tiftikli trikotaj parça”; “”70% COT., 30%; Poly-fabric” adlı pambıq tərkibli tünd qəhvəyi rəngli liflərdən hazırlanmış, maşınla toxunmuş, tiftikli trikotaj parça” yüklərinin 1 kq-nın qiyməti 9.90 manat olmaqla 10252.80 kq-nın qiyməti 10150 72 manat. xx.xx.2022-ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 138431.16 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tin 9/6338 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş parçaların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymət Binə Ticarət mağazasında və ölkə ərazisində fəaliyyət göstərən digər mağazalarda olan daxili bazar qiymətlərinə əsasən sübhə doğurduğuna görə təkrar əmtəəşünaslıq ekspertizası keçirilməsinə zərurət yarandığından təkrar ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/0xx-xx/006204 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/6810 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 3 ədəd Türkiyədə istehsal olunmuş parça nümunələri üzrə təhqiqat aparılmış, qiymətlərin müəyyənləşdirilməsi ilə əlaqədar Türkiyə Respublikasının bu tip (yəni eyni tərkibli və ya uyğun) parça istehsalçılarından əldə edilmiş məlumatlardan göründüyü kimi qiymətlər 3$-3.5$ civarında dəyişərək miqdarından asılı olaraq təklif olunur, bundan əlavə Binə Ticarət mərkəzindən parça satışı mağazalarından əldə edilmiş məlumatlara əsasən (Sönmezoğlu tekstil, Moss tekstil, Falcon uniform tekstil, Özakteks Tekstil) təqdim olunmuş parçaların qiyməti alış miqdarından asılı olaraq 9- 10 manata təklif edilir, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində Bakı səhəri Binə Ticarət mərkəzinin parça satışı mağazalarından əldə edilmiş məlumatlara əsasən anoloji malların qiymətləri və s. amillər nəzərə alınmaqla (yəni həmin materialların respublika ərazisində fəaliyyət göstərən tikiş sexləri tərəfindən istifadə edilməsi) təqdim edilmiş parçaların xx.xx.2022-ci il tarixə orta bazar topdansatış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş ”100% Poly-Fabric” adlı polietilentereftalat (CAS 25038-59-9) əsaslı ikisaplı iplikdən və təksaplı kompleks saplardan hazırlanmış, üzəri xovlanmıs, kətan toxunuşlu tekstil material ilə təkrarlanmış kətan toxunuşlu, müxtəlif rəngli boyanmış parça" yükünün 1 kq-nın qiyməti 9 manat olmaqla 3276.4 kq-nın qiyməti 29487.60 manat. “65% Vis., 35% Poly-fabric” adlı viskoz və polietilentereftalat (CAS 25038-59-9) tərkibli müxtəlif rəngli liflərin qarışığından hazırlanmış, maşınla toxunmuş, trikotaj parçalar" yükünün 1 kq- nın qiyməti 9.90 manat olmaqla 751.6 kq-nın qiyməti 7440.84 manat. “”70% COT., 30% Poly-fabric” adlı pambıq və polietilentereftalat (CAS 25038-59-9) tərkibli açıq qəhvəyi rəngli liflərin qarışığından hazırlanmış, maşınla toxunmuş, tiftikli trikotaj parça”; “”70% COT., 30% Poly-fabric” adlı pambıq tərkibli tünd qəhvəyi rəngli liflərdən hazırlanmış, maşınla toxunmuş, tiftikli trikotaj parça” yüklərinin 1 kq-nın qiyməti 9.90 manat olmaqla 10252.80 kq-nın qiyməti 101502.72 manat. xx.xx.2022ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 138431.16 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumilikdə orta bazar qiyməti təxminən 138431.16 (yüz otuz səkkiz min dörd yüz otuz bir manat on altı qəpik) manat olduğu təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/021313 nömrəli xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq 34/012/022252 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumilikdə orta bazar qiyməti təxminən 138431.16 (yüz otuz səkkiz min dörd yüz otuz bir manat on altı qəpik) manat olduğu təqdirdə əlavə ödəniş yaranmamışdır. Belə ki, 34/013/022268 nömrəli xx.xx.2022-ci tarixli raporta əsasən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN k( :lu dəyişdiyi üçün gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına 11 avqust 2022-ci il tarixdə Türkiyə Respublikasında qeydiyyatda olan “X5 İth ve İhr san Tic LTD” Şirkətindən “Pambıq ipliyindən geyim hazırlanması üçün boyanmış trikotaj parçalar”, “Süni saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar” və “Sintetik saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar” yükü daxil olmuşdur. Bakı Baş Gömrük idarəsində xx.xx.2022-ci il tarixdə **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Türkiyə Respublikasında qeydiyyatda olan “X5 İth ve İhr san Tic LTD” Şirkətindən daxil olmuş ixrac bəyannaməsində və xx.xx.2022-ci il tarixli,OAT202200000Q123 nömrəli invoys (e- FATURA) sənədində malların kodu “Pambıq ipliyindən geyim hazırlanması üçün boyanmış trikotaj parçalar” yükü **********00 kodu altında, “Süni saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar” yükü **********00 kodu altında və “Sintetik saplardan geyim hazırlanması üçün boyanmış trikotaj parçalar” yükü **********00 kodu altında bəyan olunmuşdur. Xarici iqtisadi Fəaliyyətin Mal nomenklaturasına uyğun olaraq malların kodları barədə gömrük ödənişlərinə təsir etməyən, düzgün olmayan təhrif olunmuş məlumat vermişlər. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilən, xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodu dəyişdiyi üçün gömrük orqanına təhrif edilmiş məlumat verilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, **********6067 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallarla bağlı gömrük orqanına təhrif edilmiş məlumatların verilməsi ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs nin İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar