Məhkəmə qərarları › İş №3(001)-3157/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3157/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3157/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərara əsasən 08.01.2021-ci il tarixli 200 manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 08.01.2021-ci il tarixdə hazırda işlədiyi və yaşadığı Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən sexə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşları qəflətən daxil olaraq onun SMS icazəsinin olubolmamasını soruşmuş, o da bildirmişdir ki, sexdə həm işləyir, həm də yaşayır. Polis əməkdaşları heç bir problem olmadığını bildirərək çıxıb getmişlər.4 ay sonra ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə olunması ilə bağlı qərar gəlmişdir. 08.01.2021-ci il tarixdə X8 tərəfindən AR İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş qərardan şikayətçidir. Məhkəmə iclasında çıxış edən X2 məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 5-ci PB-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.5-ci maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərarı əsasında araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün qərara alınmışdır.Şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərarından verdiyi şikayətə rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* saylı, 08.01.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar