Məhkəmə qərarları › İş №3(001)-3162/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3162/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3162/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07.09.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində narkotik vasitə marixuana istifadə etmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 08.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 08.09.2021-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, 07.09.2021-ci il tarixdə Şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində narkotik vasitə marixuana istifadə etmişdir. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 206-cı maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 07.09.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində narkotik vasitə marixuana istifadə etmişdir. Etdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etdiyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi ilk dəfə inzibati xəta törətdiyi, onun təqsirini etiraf etməsi, səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130cu və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar